Nəbə surəsinin fəziləti
Hədis-i şəriflərdə buyuruldu ki:
"Amme surəsini oxuyan bir kimsəyə Allahu təala, qiyamət günü soyuq
Cənnət şərbəti ikram edər "
"Əsr namazından sonra Nəbə surəsini oxuyan kimsəyə Cənab-ı Haqq
qiyamət əzabını yüngülləşdirər. "
"Hər kim Amme surəsini davamlı olaraq ilkindi namazından sonra oxusa,
Allahu təala o kimsənin ruzisini artırar, dünyadan axirətdəki yerini görmədikcə
çıxmaz. "
Kutbuddin İznikî buyurdu ki:
"Nəbə surəsini günəş doğularkən oxuyan kimsə, bütün fəlakətlərdən əmin olar."
[Nəbə surəsi Quran-i kərimin 581. səhifəsində.]
Mu-avvizəteyn (Felak, Nas) surələrinin fəziləti
Hədisi-şərifdə buyuruldu ki:
"Ey Cubeyr, səfərə çıxdığında, yoldaşlarının içində ən yaxşı vəziyyətdə olmaq,
çətinlik çəkməmək və ruzi baxımından rahat olmaq istəsən, Kulyâ, İzâcâe,
kulhüvallahü əhəd, qul E'uzü birabbinnâs oxu. Oxuyarkən bəsmələ ilə başla, bəsmələ
ilə bitir! "
Ukbə bin Amir radıyalallahü ənh izah edir:
Bir zaman Peyğəmbər əfəndimizlə səfər edərkən şiddətli bir fırtınaya
tutulduk. Rəsulullah, Felak və Nas surələrini oxuyub, mənə buyurdu ki:
"Ey Ukbə, bu iki surə ilə Allaha sığın, çünki Allaha heç bir qul bunlardan daha
fəzilətli bir şey ilə sığınamaz! "