Rəcəb ayının fəzilətləri-4

Son güncelleme: 09.01.2012 21:43
  • Rəcəb ayının fəzilətləri-4

    Bu yazı görkəmli alim, böyük mühəddis, məşhur fəqih və sinəsi Əhli-beyt (ə) maarifinin xəzinəsi olan cənab Şeyx Səduqun (305–381 hq) “Fəzailu-əşhuris-səlasə” – (üç mübarək ayın fəzilətləri) – kitabından çıxarışdır. Belə ki, Şeyx Səduq bu kitabda üç mübarək ayın (Rəcəb, Şəban və Rəməzan) fəzilət və əməlləri barəsində 158 hədis hədis rəvayət etmişdir ki, biz Rəcəb ayının daxil olması münasibətilə, bu ayın barəsində olan 18 hədisi tərcümə edib, sizə təqdim edirik.[1]

    Amma əvvəlcə Şeyx Səduq haqqında qısa məlumat verməyi məqsədə uyğun bilirik. Çünki bu böyük alimin Şiə ədəbiyyatının bü günə gəlib çıxmasında misilsiz rolu olmuşdur. Buna görə də az da olsa bu alimin həyatı haqqında hamımız bilməliyik.
    Şeyx Səquq kimdir?

    O, Məhəmməd bin Əli bin Hüseyn bin Musa bin Babuvəyh Qumidir. Hicri tarixi ilə 305 ya 306-cı ildə Qum şəhərində anadan olmuşdur. Atası Qumlu və anası Gilanlıdır (Deyləm).
    Şeyx Səduqun atası

    Şeyx Səduqun atası Əli bin Hüseyn hicrinin 3 əsrində yaşamış, şiə aləminin böyük alimi və Qum mühəddislərinin (hədis rəvayətçiləri) rəhbəri olmuşdur. Bəzi yazılara görə o, İmam Həsən Əsgəri (ə) zamanında yeniyetmə olmuş və İmam Əsgərinin (ə) ona yazdığı məktub mövcuddur. O, (Əli bin Hüseyn) 329-cu hicri ilində vəfat etmişdir. Bundan sonra (atasının vəfatından) Şeyx Səduq Rey şəhərinə köçmüş və orada yaşamış, yaratmış və 381-ci hicri ilində orada vəfat etmişdir. Məzarı Rey şəhərində ziyarətgahdır.

    Tarix və Rical kitablarında yazılanlara əsasən Şeyx Səduq 300-ə yaxın hədis kitabı yazmışdır ki, tarix boyu müxtəlif səbəblər ucbatından məhv olmuş və günümüzdə bu kitablardan yalnız 20-i mövcuddur ki, onlardan “Mən la yəhzuruhul fəqih – əl-Xisal – Səvabul əmal və iqabul əmal – əl-Muqnə - Kəmaluddin – İləluş-şərayi – Uyunu əxbarur-Riza (ə) – Məaniul əxbar”a işarə etmək olar.
    Ata və oğlun məqamı

    Şeyx Səduq və atasının üstünlükləri barəsində alimlər çox danışıb, yazmışlar ki, biz bu barədə aşağıdakı dastana kifayət edirik:

    “Əli bin Hüseyn hələ çox cavan ikən İmam Həsən Əsgəridən (ə) belə bir məktub aldı:

    «... امّا بعد اوصيك يا شيخى و معتمدى و فقيهى ابا الحسن على بن الحسين بن بابويهالقمّى وفّقك اللَّهلمرضاتهو جعل من ولدك اولادا صالحين برحمته،... و عليك بالصبر و انتظار الفرج... فاصبر يا شيخى و معتمدى أبا الحسن و أمر جميع شيعتى بالصبر فانّ الارض للَّهيورثها من يشاء و العاقبة للمتقين و السلام عليك و علی جميع شيعتنا و رحمة اللَّهو بركاته...»

    “Ey mənim şeyxim, etmiad etdiyim və fəqihim...! Allah-taala səni Özünü razı olduğu işlərə müvəffəq etsin və sənin nəslində saleh övladlar qərar versin... Səni səbrə və Fərəcin (12-ci imamın) intizarına dəvət edirəm!... Elə isə səbr et və bütün şiələrimi də səbr etməyə çağır!...”[2]

    "... Şeyx Səduqun atası (Əli bin Hüseyn) öz əmisi qızı ilə ailə həyatı qurmuşdu. Amma qocalmasına və bu məktubdan illər ötməsinə baxmayaraq övladı olmurdu. Bir gün onun yolu Bağdad şəhərinə düşdü. Bu zaman İmam Zamanın (ə) 3-cü naibi Şeyx Əbul Qasim Hüseyn bin Ruh Bağdadda idi. Əli bin Hüseyn onunla görüşdükdən sonra İmam Zamana (ə) məktub yazır və məktubda İmamdan (ə.c) istəyir ki, İmam onun üçün övlad duası etsin. Və məktubu 3-cü naibdən İmamın (ə.c) hüzuruna göndərir.

    Bir müddətdən sonra İmamdan (ə.c) belə bir cavab məktubu gəlir:

    “... Allah-taala tezlikə sənə Deyləmli qızından iki xeyirli, əməli-saleh və fəqih (alim) oğlan bəxş edəcəkdir...”.

    Bu duadan sonra Əli bin Hüseyn iki və onlardan sonra da bir oğlana sahib oldu (Məhəmməd – Həsən – Hüseyn) ki, hər üçü alim və zahid idilər. Belə ki, Məhəmməd (Səduq) hədis əzbərləməkdə öz zamanında misilsiz idi. Və həmişə iftixar edir və deyirdi ki, mən İmam Zamanın duası ilə dünyaya gəlmişəm!”.[3]
    Üç ayın fəzilətləri - “Fəzailu əşhuris-səlasə”
    Rəcəb ayının fəzilətləri kitabı - “Kitabu fəzaili şəhri rəcəb”

    Bismillahir-rəhmanirrəhim. Əl-həmdu lillahi rəbbil aləmin. Və səlləllahu əla Muhəmmədin və alihi əcməin.

    1-ci hədis:


    Rəcəb ayında oruc tutmağın savabı.

    «عَنْ أَبِي الْحَسَنِ عَلِيِّ بْنِ مُوسَى الرِّضَا (ع;) قَالَ مَنْ صَامَ أَوَّلَ يَوْمٍ مِنْ رَجَبٍ رَغْبَةً فِي ثَوَابِ اللَّهِ عَزَّ وَ جَلَّ وَجَبَتْ لَهُ الْجَنَّةُ وَ مَنْ صَامَ يَوْماً فِي وَسَطِهِ شُفِّعَ فِي مِثْلِ رَبِيعَةَ وَ مُضَرَ وَ مَنْ صَامَ فِي آخِرِهِ جَعَلَهُ اللَّهُ مِنْ مُلُوكِ الْجَنَّةِ وَ شَفَّعَهُ فِي أَبِيهِ وَ أُمِّهِ وَ ابْنِهِ وَ ابْنَتِهِ وَ أَخِيهِ وَ عَمِّهِ وَ عَمَّتِهِ وَ خَالِهِ وَ خَالَتِهِ وَ مَعَارِفِهِ وَ جِيرَانِهِ وَ إِنْ كَانَ فِيهِمْ مُسْتَوْجِبٌ لِلنَّارِ»؛

    “İmam Rza (ə) buyurur: Hər kəs Rəcəb ayının birinci gününü Allahın savabını ələ gətirmək üçün oruc tutsa, Allah-taala cənnəti ona vacib edər. Hər kəs bu ayın ortasında oruc tutsa Rəbiə və Müzər tayfaları qədər inslanları (yəni çox sayda insanı) şəfaət edər. Və hər kəs bu ayın axırında oruc tutsa Allah-taala onu cənnət şahlarından qərar verəcək və onun şəfaətini ata-anası, oğul-qızı, bacı-qardaşı, bibi, xala, əmi, dayı, qonşuları və tanıdıqları barəsində, əgər onlar oda layiq olsalar da belə, qəbul edəcəkdir”.

    2-ci hədis:

    Rəcəb ayının orucu odla insan arasında fasilə yaradır.

    «عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ سَمِعْتُ النَّبِيَّ (ص;) يَقُولُ مَنْ صَامَ يَوْماً مِنْ رَجَبٍ إِيمَاناً وَ احْتِسَاباً جَعَلَ اللَّهُ تَبَارَكَ وَ تَعَالَى بَيْنَهُ وَ بَيْنَ النَّارِ سَبْعِينَ‏ خَنْدَقاً عَرْضُ كُلِّ خَنْدَقٍ مَا بَيْنَ السَّمَاءِ إِلَى الْأَرْض»؛

    "Ənəs bin Malik deyir: Eşitdim ki, Peyğəmbər (s) buyurur: Hər kəs Rəcəb ayında iman və qürbət qəsdi ilə (Allaha yaxın olmaq) bir gün oruc tutarsa Allah-Taala Qiyamət günü onunla Cəhənnəm odu arasında yerlə göy arası qədər fasilə yaradacaqdır".
    3-cü hədis:
    Rəcəb orucunun savabının miqdarını yalnız Allah bilir!

    «عَنْ عَلِيِّ بْنِ سَالِمٍ عَنْ أَبِيهِ قَالَ دَخَلْتُ عَلَى الصَّادِقِ جَعْفَرِ بْنِ مُحَمَّدٍ (ع;) فِي رَجَبٍ وَ قَدْ بَقِيَتْ أَيَّامٌ فَلَمَّا نَظَرَ إِلَيَّ قَالَ لِي يَا سَالِمُ هَلْ صُمْتَ فِي هَذَا الشَّهْرِ شَيْئاً قُلْتُ لَا وَ اللَّهِ يَا ابْنَ رَسُولِ اللَّهِ (ص;) قَالَ لِي لَقَدْ فَاتَكَ مِنَ الثَّوَابِ مَا لَا يَعْلَمُ مَبْلَغَهُ إِلَّا اللَّهُ عَزَّ وَ جَلَّ إِنَّ هَذَا الشَّهْرَ قَدْ فَضَّلَهُ اللَّهُ وَ عَظَّمَ حُرْمَتَهُ وَ أَوْجَبَ لِلصَّائِمِينَ فِيهِ كَرَامَتَهُ قَالَ قُلْتُ لَهُ يَا ابْنَ رَسُولِ اللَّهِ فَإِنْ صُمْتُ مِمَّا بَقِيَ شَيْئاً هَلْ أَنَالُ فَوْزاً بِبَعْضِ ثَوَابِ الصَّائِمِينَ فِيهِ فَقَالَ يَا سَالِمُ مَنْ صَامَ يَوْماً مِنْ آخِرِ هَذَا الشَّهْرِ كَانَ ذَلِكَ أَمَاناً لَهُ مِنْ شِدَّةِ سَكَرَاتِ الْمَوْتِ وَ أَمَاناً لَهُ مِنْ هَوْلِ الْمُطَّلَعِ وَ عَذَابِ الْقَبْرِ وَ مَنْ صَامَ يَوْمَيْنِ مِنْ آخِرِ هَذَا الشَّهْرِ كَانَ لَهُ بِذَلِكَ جَوَازٌ عَلَى الصِّرَاطِ وَ مَنْ صَامَ ثَلَاثَةَ أَيَّامٍ مِنْ آخِرِ هَذَا الشَّهْرِ أَمِنَ يَوْمَ الْفَزَعِ الْأَكْبَرِ مِنْ أَهْوَالِهِ وَ شَدَائِدِهِ وَ أُعْطِيَ بَرَاءَةً مِنَ النَّارِ»؛

    "Əli bin Salim deyir: Rəcəb ayının axırlarında mən İmam Sadiqin (ə) hüzuruna yetişdim. İmam (ə) məni gördükdə buyurdu: Ey Salim bu ay oruc tutdun!

    Dedim: Xeyir ey Allahın Rəsulunun oğlu.

    İmam (ə) buyurdu: Elə bir savabı itirmisən ki, miqdarını Allahdan başqa heç kəs bilmir. Həqiqətən Allah-Taala bu ayı fəzilətli və hörmətini böyük etmişdir. Öz kəramətini bu ayda oruc tutanlara vacib etmişdir.

    Dedim: Ey Allahın Rəsulunun oğlu, əgər qalan günləri oruc tutsam bu ayda oruc tutanların savabına çataram?

    İmam (ə) buyurdu: Ey Salim! Hər kəs bu ayın axırından bir gün oruc tutarsa, bu oruc onu ölümün çətinlikləri və qəbrin əzabından amanda saxlayacaqdır. Hər kəs bu ayın axırından iki gün oruc tutarsa, bu onun üçün Sirat körpüsündən keçid vərəqəsi olacaqdır. Və hər kəs bu ayın axırından üç gün oruc tutarsa Qiyamət gününün çətinliklərindən amanda qalacaq və bu oruc onu Cəhənnəm odundan qoruyacadır".

    4-cü hədis:

    Rəcəb ayında oruc tutan, yenidən dünyaya gəlir!

    «عَنْ أَبِي جَعْفَرٍ مُحَمَّدِ بْنِ عَلِيٍّ (ع;) قَالَ مَنْ صَامَ مِنْ رَجَبٍ يَوْماً وَاحِداً مِنْ أَوَّلِهِ أَوْ وَسَطِهِ أَوْ آخِرِهِ أَوْجَبَ اللَّهُ لَهُ الْجَنَّةَ وَ جَعَلَهُ مَعَنَا فِي دَرَجَاتِنَا [دَرَجَتِنَا] يَوْمَ الْقِيَامَةِ وَ مَنْ صَامَ يَوْمَيْنِ مِنْ رَجَبٍ قِيلَ لَهُ اسْتَأْنِفْ فَقَدْ غُفِرَ لَكَ مَا مَضَى وَ مَنْ صَامَ ثَلَاثَةَ أَيَّامٍ مِنْ رَجَبٍ قِيلَ لَهُ غُفِرَ لَكَ مَا مَضَى وَ مَا بَقِيَ فَاشْفَعْ لِمَنْ شِئْتَ مِنْ مُذْنِبِي إِخْوَانِكَ وَ أَهْلِ مَعْرِفَتِكَ [مَغْفِرَتِكَ‏] وَ مَنْ صَامَ سَبْعَةَ أَيَّامٍ مِنْ رَجَبٍ أُغْلِقَتْ عَنْهُ أَبْوَابُ النِّيرَانِ السَّبْعَةُ وَ مَنْ صَامَ ثَمَانِيَةَ أَيَّامٍ مِنْ رَجَبٍ فُتِحَتْ لَهُ أَبْوَابُ الْجِنَانِ الثَّمَانِيَةُ فَيَدْخُلُهَا مِنْ أَيِّهَا شَاءَ»؛

    İmam Baqir (ə) buyurub: "Hər kəs Rəcəb ayının əvvəli ya ortası və ya axırından bir gün oruc tutarsa Allah-Taala Cənnəti ona vacib edəcək və onu Qiyamət günü Bizimlə bir yerdə məşhur edəcəkdir.

    Hər kəs Rəcəb ayında iki gün oruc tutarsa (Allah tərəfindən) ona deyilər: Bu gün yenidən həyatına başla (və yaxşı əməllər et) ki, sənin keçmiş günahların bağışlandı.

    Və hər kəs Rəcəb ayında üç gün oruc tutarsa ona deyilər: Sənin keçmiş və gələcək (səhvən edəcəyin) günahların bağışlandı. Mömin qardaşlarından kimi istəyirsən (Allahın izni ilə) şəfət et!

    Və hər kəs Rəcəb ayında yeddi gün oruc tutarsa yeddi cəhənnəmin qapısı onun üzünə bağlanacaqdır.

    Və hər kəs Rəcən ayında səkkiz gün oruc tutarsa, səkkiz Cənnətin qapısı onun üzünə açıq olacaq və hansı qapıdan istəsə daxil olacaqdır".
    5-ci hədis:
    Rəcəb ayının orucu Sirat körpüsündən keçid vərəqəsidir.

    «قَالَ أَبُو جَعْفَرٍ مُحَمَّدُ بْنُ عَلِيٍّ (ع;) مَنْ صَامَ سَبْعَةَ أَيَّامٍ مِنْ رَجَبٍ أَجَازَهُ اللَّهُ عَلَى الصِّرَاطِ وَ أجازه[أَجَارَهُ‏] مِنَ النَّارِ وَ أَوْجَبَ لَهُ غُرُفَاتِ الْجِنَانِ‏»؛

    İmam Baqir (ə) buyurub: " Hər kəs Rəcəb ayında yeddi gün oruc tutarsa Allah-Taala ona Sirat körpüsündən keçməyə icazə, Cəhənnəm odundan nicat verəcək və Cənnət bağlarını ona vacib edəcəkdir".
    6-cı hədis:
    Məb`əs günü oruc tutmağın savabı: 60 il ibadət!

    «قَالَ الصَّادِقُ جَعْفَرُ بْنُ مُحَمَّدٍ (ع;) لَا تَدَعْ صِيَامَ يَوْمِ سَبْعَةٍ وَ عِشْرِينَ مِنْ رَجَبٍ فَإِنَّهُ الْيَوْمُ الَّذِي نَزَلَتْ فِيهِ النُّبُوَّةُ عَلَى مُحَمَّدٍ (ص;) وَ ثَوَابُهُ مِثْلُ سِتِّينَ شَهْراً لَكُمْ‏»؛

    İmam Sadiq (ə) buyurub: "Rəcəb ayının 27-ci günün orucunu unutmayın ki, bu gün həzrət Məhəmməd (s) Allah-Taala tərəfindən peyğəmbərliyə seçildi. Bu günün orucunun savabı altımış ayın orucunun savabına bərabərdir". (7-ci hədis: İmam Rzadan (ə) rəvayət olunan hədisdə bu günün savabı 70 ilin orucunun savabına bərabərdir).

    8 və 9-cu hədis:
    Həzrət Nuh (ə) Rəcəb ayının birinci günü gəmiyə mindi.

    «عَنْ أَبِي الْحَسَنِ (ع;) قَالَ إِنَّ نُوحاً (ع;) رَكِبَ السَّفِينَةَ أَوَّلَ يَوْمٍ مِنْ رَجَبٍ فَأَمَرَ مَنْ مَعَهُ أَنْ يَصُومُوا ذَلِكَ الْيَوْمَ وَ قَالَ مَنْ صَامَ ذَلِكَ تَبَاعَدَتْ عَنْهُ النَّارُ مَسِيرَةَ سَنَةٍ وَ مَنْ صَامَ سَبْعَةَ أَيَّامٍ أُغْلِقَتْ عَنْهُ أَبْوَابُ النِّيرَانِ السَّبْعَةُ وَ مَنْ صَامَ ثَمَانِيَةَ أَيَّامٍ فُتِحَتْ لَهُ الْجِنَانُ الثَّمَانِيَةُ وَ مَنْ صَامَ خَمْسَةَ عَشَرَ يَوْماً أُعْطِيَ مَسْأَلَتَهُ وَ مَنْ زَادَ زَادَهُ اللَّهُ‏»؛

    İmam Sadiq (ə) və İmam Kazım (ə) buyurublar: "Nuh (ə) Rəcəb ayının 1-ci günü gəmiyə mindi və onunla yola çıxanlara əmr etdi ki, bu günü oruc tutsunlar".
    Dua və istəklər qəbul olunacaqdır!

    Sonra İmam Musa Kazım (ə) buyurur: "Hər kəs bu gündə oruc tutarsa Cəhənnəm odu ondan bir illik fasilə ilə uzaqlaşacaqdır. Hər kəs bu ayda yeddi gün oruc tutsa yeddi cəhənnəmin qapısı onun üzünə bağlanacaqdır. Hər kəs səkkiz gün oruc tutsa səkkiz Cənnətin qapısı onun üzünə açılacaqdır. Hər kəs 15 gün oruc tutarsa dua və istəkləri qəbul olacaqdır. Və hər kəs oruc tutduğu günlərin sayın artırarsa Allah-Taala da savabın miqdarını artıracaqdır".
    10-cu hədis:
    "Rəcəb" cənnətdə çay adıdır.

    «عَنْ أَبِي الْحَسَنِ (ع;) قَالَ رَجَبٌ نَهَرٌ فِي الْجَنَّةِ أَشَدُّ بَيَاضاً مِنَ اللَّبَنِ وَ أَحْلَى مِنَ الْعَسَلِ مَنْ صَامَ يَوْماً مِنْ رَجَبٍ سَقَاهُ اللَّهُ مِنْ ذَلِكَ النَّهَرِ»؛

    İmam Kazım (ə) buyurur: "Rəcəb cənnətdə süddən ağ, baldan şirin bir çaydır. Hər kəs Rəcəb ayında bir gün oruc tutarsa Allah-Taala onu bu çaydan sirab edər".
    11- ci hədis:
    Rəcəb ayında yaxşı əməllərin savabı ikiqat yazılır.

    «قَالَ أَبُو الْحَسَنِ (ع;) رَجَبٌ شَهْرٌ عَظِيمٌ يُضَاعِفُ اللَّهُ فِيهِ الْحَسَنَاتِ وَ يَمْحُو فِيهِ السَّيِّئَاتِ وَ مَنْ صَامَ يَوْماً مِنْ رَجَبٍ تَبَاعَدَتْ عَنْهُ النَّارُ مَسِيرَةَ سَنَةٍ وَ مَنْ صَامَ ثَلَاثَةَ أَيَّامٍ وَجَبَتْ لَهُ الْجَنَّةُ»؛

    İmam Kazım (ə) buyurur: "Rəcəb böyük aydır. Allah-Taala bu ayda yaxşılıqları çox yazar. Pis əməlləri əməl dəftərindən silər. Hər kəs bu ayda bir gün oruc tutarsa cəhənnəm odu ondan bir illik yol fasiləsi ilə uzaqlaşar. Hər kəs bu ayda üç gün oruc tutarsa cənnət ona vacib olar".

    ________________________________________________________________________

    [1] - Fəzailul-əşhurus-səlasə, Şeyx Səduq, Nəşr: Məktəbətul-adab, Nəcəf, 1379 hq, 1-ci çap;

    [2] - "Xatəmətul-mustədrək", Muhəddis Nuri, 3/277; "Ğənaimul-əyyam", Mirzayi Nuri,1/30; "Məcalisul mominin", Şuştəri, 1/453; "Tətimmətul muntəha", Şeyx Abbas Qumi, s.402; "Təsisuş-şiə", Seyid Həsən Sədr, s.331;

    [3] - Əl-ğeybə, Şeyx Tusi, s.308-320; Kəmaluddin, Şeyx Səduq, 2/502/bab:45; Əl-xəraic, Ravəndi, 2/706; Əlamul-vura, Təbərsi, s.451;
#09.01.2012 21:43 0 0 0