Gülkələmi şorbası terifi ve terkibi - Gülkələmi şorbası hazırlanma qaydası
Tərkibi:
400 q gülkələmi
300 q toyuq filesi
göy soğan və ya 150 q baş soğan
duz
istiot
Fileni kubik doğrayın. Soğanı xırdalayın.
Toyuq ətinin üzərinə 2 l su töküb qaynamağa qoyun. Qaynara düşəndən sonra daha 15 dəqiqə qaynadın (kəfini yığın). Soğanı əlavə edin. Gülkələmini əlavə edin. Duz, istiot vurun, 10 dəqiqə bişirin.
Blenderin köməyilə əzin.
Süfrəyə verərkən üzərinə doğranmış göyərti səpin.