Fatihə surəsinin Savabını sizdə bilin

Son güncelleme: 16.02.2012 15:27
  • Fatihə surəsinin Savabını sizdə bilin

    Allahın adı ilə

    Fatihə surəsinin savabını bilirsinizmi? Bəndə Bismilləhir - rahmənir - rahim deyəndə Allah buyurur: Bəndəm Mənim adımla başladı. Mənə vacibdir ki, onun işlərini axıra çatdırıb tamamlayam və onun işlərini bərəkətli edəm.

    Həzrəti Peyğəmbər (s.ə.v.v.) buyurur: Allah - Təala buyurur: Mən Fatihə surəsini Özümlə bəndələrim arasında bölüşdürmüşəm: Onun yarısı Mənim, yarısı isə bəndələrimindir və istədiyi şeylər onun üçündür. Bəndə Bismilləhir - rahmənir - rahim deyəndə Allah buyurur: Bəndəm Mənim adımla başladı. Mənə vacibdir ki, onun işlərini axıra çatdırıb tamamlayam və onun işlərini bərəkətli edəm. Bəndə Əlhəmdu lillahi rəbbil - aləmin deyəndə Allah buyurar: Bəndəm həmd etdi və bilir ki, ona verilən nemətlər Mənim tərəfimdəndir və ona baş verən bəlaların aradan qalxması Mənim minnət və nemətimdir. Siz mələkləri şahid tuturam ki, Mən axirət nemətlərini bəndəmin dünya nemətlərinə əlavə edirəm və axirət bəlalarını ondan dəf etdiyim kimi dünya bəlalarını da ondan uzaq edirəm.
    Bəndə Ərrahmənir - rahim cümləsini oxuyanda Allah - Təala buyurur: Bəndəm Mənim Rəhman və Rəhim olmağıma şəhadət verdi. Mən də sizi şahid tuturam ki, onun Öz rəhmətimdən olan payını artıram və Öz ətalarımdan olan nəsibini əta edəm. Bəndə Məliki yəumiddin deyəndə Allah - Təala buyurar: Mən sizi şahid tuturam ki, o, Mənim qiyamət gününün sahibi olmağımı etiraf etdiyi kimi Mən də onun hesab günü hesab kitabını asan tutacağam, onun yaxşı əməllərini qəbul edib, günahlarından keçəcəyəm. Bəndə İyyakə nəbudu cümləsini deyəndə Allah buyurar: Bəndəm düz deyir: o, yalnız Mənə ibadət edir. Mən sizi şahid tuturam ki, bu bəndəmin ibadəti üçün o qədər savab verəcəyəm ki, ibadətdə onunla müxalif olanlar onun savabına qibtə etsinlər. Bəndə və iyyakə nəstə'in deyəndə Allah buyurar: Bu bəndəm Məndən kömək istəyib Mənə sığındı. Mən sizi şahid tuturam ki, işlərində ona kömək edəcəyəm və çətinliklərdə onu həmişə himayəm altında qərar verərəm, qiyamət günü də onun əlindən tutub behiştə daxil edərəm. Bəndə ihdinəs - siratəl - mustəqim deyib Həmd surəsini axıra qədər oxuyanda Allah - Təala buyurar: Bu Mənim bəndəmdir, onun istədiklərini ona əta edirəm. Onun dualarını qəbul etdim, arzu etdiklərini əta etdim, qorxduğu şeydən aman verirəm.

    ALLAH bizləri sevdiyi bəndələrdən qərar versin İnşəALLAH

    Alıntı..
#16.02.2012 15:27 0 0 0