Timoşenko Nobel sülh mükafatına namizəd oldu

Son güncelleme: 27.02.2012 23:55
  • noimage

    Namizədlər siyahısına ərəb baharı'nı aktiv işıqlandıran Əl-Cəzirə telekanalı da düşüb

    Ukraynanın sabiq baş naziri, hazırda həbsdə olan Yuliya Timoşenko və rusiyalı hüquq müdafiəçisi Svetlana Qannuşkina 2012-ci ildə Nobel sülh mükafatına namizədlər siyahısına düşüb. Lent.az-ın Daily Telegraph qəzetinə istinadən verdiyi məlumata görə, Nobel sülh mükafatına ümumilikdə 231 namizəd var.

    Namizədlər sırasında ABŞ-ın sabiq prezidenti Bill Klinton, Almaniyanın sabiq baş naziri Helmut Kol, Tunis prezidenti Monsef Marzuki, o cümlədən Wikileaks saytı ilə əməkdaşlıq etdiyi üçün ABŞ-da tribunal qarşısına çıxmalı olmuş hərbi analitik Bredli Menninq də var. Namizədlər siyahısına “ərəb baharı'nı aktiv işıqlandıran Əl-Cəzirə telekanalı da düşüb.

    Namizədlər sənədlərini fevralın 1-ə qədər Oslodakı Nobel Komitəsinə təqdim etməlidirlər. Mükafatın laureatlarının adları dekabrda açıqlanacaq.

    Qaynaq:Lent.az
#27.02.2012 23:55 0 0 0