Hədislər - Qeybət və Eyb Axtarmaq Haqqında Hədislər
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:
Qeybət, insanın dinini puç etməkdə, onun bədənində olan xora xəstəliyindən daha güclüdür.
Kafi
İmam Əli əleyhissalam buyurur:
Qeybəti eşidən qeybət edən qədər günah qazanar.
Ğürərul-hikəm
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Qeybəti tərk etmək Allah yanında on min rəkət müstəhəb namaz qılmaqdan daha əzizdir.
Biharul-ənvar
Əbdül-mö`min Ənsari deyir:
İmam Musa ibni Cə`fər əleyhissalamın yanına getdim. Məhəmməd ibni Əbdüllah Cə`fəri də onun yanında idi. Mən ona təbəssüm etdim. O dedi: Onu sevirsənmi? Dedim: Bəli, mən onu yalnız sizin razılığınız üçün sevirəm. Buyurdu: O, sənin qardaşındır, mö`min mö`minin ata-anası bir olan doğma qardaşı kimidir, baxmayaraq ki, ayrı-ayrı valideynlərin övladlarıdır. Öz din qardaşını müttəhim edən kəs məl`undur. Mö`min qardaşını aldadan hər kəs məl`undur; öz mö`min qardaşına nəsihət verməyən kəs məl`undur, mö`min qardaşının qeybətini edən şəxs də məl`undur.
Biharul-ənvar
İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:
Ən pis adam odur ki, camaatın eyblərini axtarsın, amma öz eyblərini görməsin.
Təraiful-hikəm
İmam Musa ibni Cə`fər buyurur:
Mö`min qardaşının qeybətini edən şəxs məl`undur.
Biharul-ənvar
Ənəs ibni Malik deyir: Rəsuli-əkrəm (s.ə.v.v.) buyurdu:
Məndən altı şeyi qəbul edin, cənnət üçün sizə zamin olum…
1. Danışanda (hədis deyəndə) yalan deməyin;
2. Verdiyiniz və`dələrə xilaf çıxmayın;
3. Əgər sizə əmanət versələr, ona xəyanət etməyin;