Atası: Mənim Rəqsanə adında qızım yoxdur

Son güncelleme: 11.04.2012 09:26
  • Maqazin xeberleri

    noimage

    Müğənni Rəqsanə İsmayılova 20 il əvvəl anasını və 2 qız övladını atıb getmiş atası İsmayıl Cəfərovu axtarmağa başlayıb.

    Lent.az-ın məlumatına görə, müğənni aprelin 10-da ATV kanalında yayımlanan “Səni axtarıram” verilişinə qatılaraq, atasını axtardığını deyib. Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı müğənninin atasının izinə düşüb. Aparıcı Rostova gedib və sonda onu tapıb. Məlum olub ki, müğənninin atası İsmayıl Cəfərov Rostovda Qalina adlı rus qadınla ailə həyatı qurub. Həmin rus qadından onun Mircəfər və Elvira adlı iki övladı var. İsmayıl Cəfərov hazırda hüquqşünas kimi çalışır. Söhbət əsnasında İsmayıl Cəfərov Rəqsanəni qəbul etmədiyini, onun müğənni olmasından xəbərsiz olduğunu deyib.

    Göz yaşlarını saxlaya bilməyən Rəqsanə atasından soruşmaq istədiyi suallar olduğunu deyib: “Mən ona sual vermək istəyirdim ki, görəsən, bu illər ərzindəheç qızlarını yadına salıbmı?”

    Veriliş zamanı Rəqsanəyə kimliyi məlum olmayan şəxs tərəfindən ağ rəngli “Range Rover” avtomobili hədiyyə göndərilib. Rəqsanəyə deyilib ki, atasız olduğunu hiss etməsin və hədiyyəni qəbul etsin. Müğənni isə bahalı avtomobili qəbul etməyib: “Mən o hədiyyəni göndərənin kimliyindən xəbərsizəm. Ona görə də bunu qəbul edə bilmərəm”.

    Jalə

    noimage

    noimage
#11.04.2012 09:26 0 0 0