Naxçıvançay

Son güncelleme: 03.05.2012 17:52
  • azerbaycan çayları - azerbaycanin çayları - azerbaycan şəhərləri - Naxçıvançay haqqında - Naxçıvançay coğrafi xüsusiyyəti - azerbaycan gölləri

    Naxçıvançay - Araz çayının sol qolu. Şahbuz və Naxçıvan rayonları ərazisindən axır.

    Naxçıvan MR-in ən böyük və ən sulu çayı hesab edilir. Uzunluğu 81 km, hövzəsinin sahəsi 1630 kvadrat km-dir. Başlanğıcını Keçəldağın cənub yamacından (2720 m) alır. Başlıca qolları sağdan, Tapıdaşqara (uzunluğu 15 km), Sələsüzçay (uzunluğu 19 km), Cəhriçay (uzunluğu 45 km), soldan, Şahbuz (uzunluğu 27 km), Kükü (uzunluğu 20 km), Qəhab (uzun-luğu21 km) çaylarıdır. Axımı qar (38%), yağış (22%) və yeraltı (40%) sulardan əmələ gəlir.
    İllik su sərfi 5,23 kub m/san-dir. Bunun da 60%-i yaz, 20%-i yay, 9%-i payız, 11%-i isə qış fəslində keçir. İntensiv suvarma dövründə illik axımının 8-10%-i axıdılır. Yayda yağan küclü yağışlar çayda tez-tez dəhşətli sel əmələ gətirir.
    Çayın orta illik asılı gətirmələr sərfi 3,67 kq/san, suyunun orta lillənməsi 700 q/kub m-dir. Daşqın dövründə suyunun lillənməsi 1000 q/kub m-ə qədər, artır. Suyu hidrokarbonatlı kalsiumlu olmaqla, mi-nerallaşması, yuxarı axınında 150-mq/l, mənsəb hissəsində isə 300-500 mq/l-ə çatır.
    Naxçıvançayın suyundan suvarma işlərində geniş istifadə edilir.

#03.05.2012 17:52 0 0 0
  • Naxçıvançay Konusuna Benzer Konular
  • Böyle bir şey olamaz.! Hiç alakalı konu bulamadık.
  • Plastik Gıda Ambalajı 03.05.2012 17:52