Röya yeni bir ilkə imza atacaq

Son güncelleme: 04.07.2012 00:12
  • Show Biznes Xeberleri - Mehşurlar

    noimage

    Tanınmış müğənni Röya yeni konsert proqramı ilə çıxış edəcək.


    Bu barədə Lent.az-a məlumat verən Röyanın prodüseri Kənan bildirib ki, konsert iyulun 22-də keçiriləcək.

    Buta Palace-də keçiriləcək konsert 2 saat davam edəcək. Müğənni özünün hit mahnılarını və yeni musiqilərini səsləndirəcək. Prodüser bildirib ki, konsertdə heç kəsin gözləmədiyi sürpriz qonaqla qarşılaşacaqlar.

    Kənan onu da bildirib ki, Röya bu dəfə də ilkə imza atıb. Belə ki, indiyədək Azərbaycan müğənnilərindən heç kim Buta Palace-də konsert proqramı ilə çıxış etməyib. Xatırladaq ki, 2010-cu ildə Röya Moskvada Müslim Maqomayev adına konsert salonunda da konsert verən ilk azərbaycanlı müğənni olub.

    Jalə
#04.07.2012 00:12 0 0 0