Dərinin Nəmləndirmə maskaları

Son güncelleme: 22.09.2012 09:39
  • Deri nemledrci maska - Dərinin Nəmləndirmə maskaları - Nəmləndirmə maskaları hansılardır?

    Kök-alma maskası
    Tələb olunur: 1 kök və 1 alma, 1 çay qaşığı zeytun yağı.
    Hazırlama qaydası: köklə almanı təmizləmək, sürtgəcdən keçirmək, yağla qarışdırmaq.
    Tətbiqetmə: Maskanı üzə yaxmaq, 15 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.

    Qabaq maskası
    Tələb olunur: 1 yunan qabağı.
    Hazırlama qaydası: qabağı nazik zolaqlarla doğramaq.
    Tətbiqetmə: Hazırlanmış qabağı ^ üz və boyun nahiyəsinə qoymaq, 15 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.

    Kartof maskası
    Tələb olunur: 1 kartof yumrusu.
    Hazırlama qaydası: kartofu təmizləmək, sürtgəcdən keçirmək.
    Tətbiqetmə. Kartof kütləsini üzə qoymaq, 10-15 dəqiqə saxlamaq. İlıq su ilə yaxalamaq.

    Kəsmikli-xiyar maskası
    Tələb olunur: 1 xiyar, 1 xörək qaşığı kəsmik.
    Hazırlama qaydası: kəsmiyi xama ilə qarışdırmaq.
    Tətbiqetmə: Qarışığı üzə çəkib, 12 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.

    Kələm maskası
    Tələb olunur: 2-3 kələm yarpağı.
    Hazırlama qaydası: yarpaqları yumaq, əzmək.
    Tətbiqetmə: Hazırlanmış yarpaqları 15 dəqiqə ərzində üzə və boyun nahiyəsinə qoymaq.

    Yumurtalı-limonlu nəmləndirici maska
    Tələb olunur: 1 yumurtanın sarısı, hərəsindən 1 çay qaşığı ol-maqla bal, bitki yağı, 5 damcı limon şirəsi.
    Hazırlama qaydası: inqrediyentləri yaxşıca qarışdırmaq.
    Tətbiqetmə: Qarışığı üzə çəkmək, 15 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.

    alıntı..
#22.09.2012 09:39 0 0 0