Xalq artistinin oğlunun dəbdəbəli toyu – FOTOLENT

Son güncelleme: 22.09.2012 12:56
  • Show Biznes Xeberleri - Mehşurlar

    noimage

    Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva ikinci oğlu Əkbərə dəbdəbəli toy edib.

    Lent.az-ın məlumatına görə, “Buta Palace”də baş tutan toy maraqlı anları ilə yadda qalıb.

    Toy məclisi “Natiq” ritm qrupunun sədaları altında saat 20:00-da başlayıb. Şoumen Murad Dadaşovun aparıcılığı ilə keçirilən toy məclisində hər iki gəncin valideynləri qonaqları salamlayaraq, cütlüyə xoşbəxtlik arzulayıblar. Dövlət rəqs ansamblı bir neçə rəqs nömrəsi ilə çıxış edib.

    Olduqca xoşbəxt görünən Nazpər Dostəliyeva qonaqları ilə səmimi görüşüb, rəqs edib. Toyda Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri, millət vəkilləri, dövlət adamları iştirak edib.

    İlk olaraq toyda xalq artisti Azər Zeynalov çıxış edib. O, özünün bir neçə sevilən mahnılarını səsləndirib. Daha sonra məclisdə iştirak edən digər qonaqlar da mahnıları ilə səbəbkarları təbrik ediblər.

    Toyun əsas hissəsini isə müğənni Samir Priyev idarə edib.

    Jalə


    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage
#22.09.2012 12:56 0 0 0