Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan xalq artisti Afaq Bəşirqızı reanimasiyadan palataya köçürülüb.
Sənətkarın ailəsindən Lent.az-a verilən məlumata görə, A. Bəşirqızı özünü normal hiss edir və danışığında, eyni zamanda huşunda heç bir problem yoxdur.
Ailəsindən verilən xəbərdə o da qeyd olunur ki, xalq artisti əməliyyat oluna bilər. Qeyd edək ki, A. Bəşirqızının nə zaman evə buraxılacağı məlum deyil.