Opera və estrada müğənnisi Ülvi Qılınc şou-biznes nümayəndələrini sərt tənqid edib. O, Lent.az-a açıqlamasında ad çəkməsə də, müğənnilərin çoxunun səsi olmadığını söyləyib: "Mən özümü şou-biznesdə görmürəm. Çünki bizdə şou-biznes yoxdur, toy-biznes var. Bir çoxu toyu məktəb adlandırır. Mən buna sadəcə gülürəm. Çünki sən toyda mahnı oxuyan zaman camaat yemək yeyir. Budur məktəb? Bu, məktəb deyil. Şou-biznesdəki müğənnilərin səsi yoxdur. İndi buna ehtiyac da qalmayıb. Texnika inkişaf edib, səslərini kompüter də düzəldirlər, dinləyənləri bu yolla aldadırlar. Səs olmayınca şəxsi həyatlarını gündəmə gətirirlər. Kimə maraqlıdır ki, sən kimə ərə gedirsən, evdə nə edirsən? Bunlar sadəcə bu yolla gündəmə gəlirlər".