Tanınmış müğənni Röya Ayxan ölkəni tərk etməyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Lent.az-ın məlumatına görə, bu barədə ATV kanalına danışan müğənni bildirib ki, onun ölkəni tərk etməsi şəxsi həyatı ilə bağlı deyil. Müğənni sırf yaradıcılıq işləri ilə bağlı bir müddət görünməyəcəyini deyib.
Röya bildirib ki, onun ölkədən getməsi ilə bağlı xəbərlərin yayılması onu sevənlərin kəskin etirazına səbəb olub: “Hamı məndən narahat oldu. Mən dedim gedirəm, demədim ki, rəhmətə gedirəm. Hətta mənə zəng vurub kömək təklif edirdilər ki, getməyim. Mən indi başa düşdüm ki, hamı məni sevir. Allaha qurban olum məni bu zirvəyəcən gətirib çıxarıb. Mən o qədər yuxarıdayam ki, başım dəyir, başqası da elə bilir, kimsə başımdan vurub. Mən gedirəm ki, dönüşüm daha möhtəşəm olsun”.
Bir müddət Türkiyədə qalacağını deyən Röya, Azərbaycanla tez-tez əlaqə saxlayacağını da söyləyib: “Bir məsələ də var ki, dostlar məni öz şad günlərində görmək istəyir. Ona görə də mütəmadi olaraq gedib, gələcəyəm. Onlardan bir illik vaxt istəyirəm. Bir il mənə vaxt versinlər. Ondan sonrası bilmirəm necə olacaq”.