Xalq artisti Nisə Qasımova bostanına daş atan həmkarlarına sərt cavab verdi. Lent.az-ın məlumatına görə, Nisə Qasımova dolayı yolla onun haqqında danışan müğənnilərə sərt ismarış yollayıb: “Kimsə söz deyir, sonra deyir ki, mən ad çəkmirəm. Dəfələrlə bunun şahidi olmuşam. İndi mən də deyirəm. Hansı müğənniyə yaraşar ki, əri, uşaqları ola-ola min hoqqalardan çıxar? Ad çəkmirəm ki! Kim istəyir, sözü götürsün özünə. Mənim həyat yoldaşım, sevdiyim, gəzdiyim, görüşdüyüm, sponsorum olan şəxs yoxdur. Bundan mən utanmıram, alnım açıqdır, dilim qısa deyil. Onlar kimlərinsə sayəsində varlandığına görə, deyə bilərlər ki, bizim geyimimiz 115 min, Nisəninki 500 manatdır, deyə bilərlər ki, bizim evimizin qiyməti bir milyondur. Nisə isə 40 ilə daşı-daş üstə qoyub, ev tikib. Qoy desinlər. Ancaq utansın o adamlar ki, onunla-bununla yatıb, ev, maşın alır...”
Nisə Qasımova siqaret çəkməyinin birmənalı qarşılanmamağına yenidən münasibət bildirib: “Mən siqareti ayaqyolunda, gizlin çəkməmişəm. Mən anamın, qardaşımın yanında çəkmişəm. Hər zaman da demişəm ki, Azərbaycan qadınına utanc gətirən siqaret mənim dostumdur. Mənim yanımda siqaret çəkən gəncləri də hər zaman günahlandırmışam. İndi baxın, siqaret çəkmək ziyandır, yoxsa xalqın əxlaqını korlayanlar? Kimsə mənə üstüörtülü, eyhamlı ismarış yollayıbsa, baxın, mən də ad çəkmədim. Kimə ünvanlanıb özünə götürəcək”.