1857. Kembric Universiteti tələbələri dünyada ilk futbol klubunu qurub
1882. Şair Hüseyn Cavid anadan olub
1904. Nyu-York metrosu açılıb
1912. Birinci Balkan müharibəsi sona çatıb
1935. İtaliya Efiopiyanı işğal edib
1945. BMT Əsasnaməsi açıqlanıb. 1949-cu ilin bu günündə isə BMT-nin indiki binasının təməli qoyulub
1956. SSRİ Macarıstana qoşun yeridib
1960. Baykonur kosmodromunda (keçmiş SSRİ – hazırda Qazaxıstan ərazisindədir) partlayış nəticəsində 7 nəfər, o cümlədən bir marşal həlak olub. İlk insanın kosmosa uçması təqribən 1 il gecikib
1966. İş adamı Roman Abramoviç anadan olub
1970. Salvador Alyende Çili prezidenti seçilib
1975. Erməni terrorçular Türkiyənin Fransadakı səfiri İsmayıl Erezi qətlə yetirib
1992. ABŞ Konqresi “Azadlığa Dəstək” Aktına 907-ci düzəlişi qəbul edib
2003. Səsdənsürətli sərnişin təyyarəsi “Concorde” son dəfə London – Nyu-York uçuşunu həyata keçirib
2008. Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib
2011. İranın Qum şəhərində Azərbaycan dövləti əleyhinə beynəlxalq konfrans keçirilib.