Uşaqlarınızı narahat edən, onların sağlam həyat tərzini korlyan, qarın ağrısına ən çox səbəb olan səbəblərdən biri də qəbizlikdir.
Təzə doğulan və ana südü ilə qidalanan uşaqlarda nadir hallarda qəbizlik olur. Çünki, ana südü həzm sisteminin normal fəaliyyətini təmin edir. Bəzən anaları narahat edən məsələlərdən biri körpələrinin yeyən kimi nəcis ifraz etməməsidir. Bundan qorxmayın. Bütün canlılarda olan refleksin yeni doğunlan çağadakı növü qastrokolik refleks - mədəyə bir qidanın düşməsində eyni zamanda qalın bağırsaqlar da hərəkətə keçərək bağırsaq içində olan nəcisin çölə atılması hadisəsidir. Son dərəcə sağlam və funksional bir müddətdir. Bu qətiliklə həzm, ya da əmilmə pozğunuğunun işarəsi deyil.
Ümumiyyətlə isə, 1 yaşından yuxarı olan uşaqlarda nəcis ifrazı gün ərzində bir dəfə olmalıdır. Normadan kənar hallar isə uşaq gündə 2-3 dəfə və ya 2-3 gündə bir dəfə nəcis ifraz edirsə müşahidə olunur.
Uşaqlarda qəbizlik:
· Düzgün qidalanmadıqda;
· Bağırsaqların fəaliyyətinin zəifləməsi nəticəsində;
· Bağırsaqdaxili sinirlərdə problem yaranıqda;
· Kəskin infeksion xəstəlik zamanı uşağın qida və maye qəbulu azaldıqda;
· Həmçinin, uşağın sinir sistemi pozğunluqları və s. baş verdikdə yarana bilər.
Uşaqlarda qəbzlik baş verərsə, pəhriz saxlamaları məsləhətdir. Övladınızın rasionuna kifayət qədər meyvə-tərəvəz əlavə edin. Onun kifayət qədər su içməsini təmin edin.
Əziz analar, mütləq övladlarınızın nəcis ifrazına diqqət yetirin. Xəstəliyin ilkin simptomları aşkar edilən kimi Pediatr-qastroenteroloqa müraciət edin. Uşaqlarınızın qəbizlik problemini müalicə etmək üçün Mərkəzi Klinika “Uşaq Mərkəzi” nə- Pediatr-qastroenteroloqa müraciət edə bilərsiniz.