Uşaqların Fiziki İnkişafı

Son güncelleme: 24.10.2012 08:31
  • Uşaqların fiziki inkişafı haqqında

    Fiziki inkişafı sağlam həyat tərzinin başlanğıcı hesab etmək olar. Xüsusilə, övladınızın həyatının ilk ilk illərində fiziki inkişafa böyük əhəmiyyət verməlisiniz. Çünki, uşağın fiziki inkişafı onun sağlamlığının əsas göstəricisidir. Erkən yaşlarda uşağın fiziki inkişafında ibarət olan hər hansı bir problem qalıcı nəticələr yarada bilər. Bu səbəbdən valideyinlərə böyük öhdəlik düşür. Övladınızın çəkisinin və boyunun hər yaş dövründə normada olmasına diqqət yetirin. Bunu onların digər yaşıdları ilə müqayisə edərək müəyyən edə bilərsiniz.

    18 yaşınadək uşaqlarda qısaboyluqla bağlı problemlərin həlli üçün pediatr-endokrinoloqa müraciət etməyiniz məsləhət görülür...

    Uşaqların fiziki inkişafında və sağlam böyüməsində əsas faktorlar düzgün qidalanma və sağlam yuxudur. Bu yaşlarda ehtiyac duyulan enerji inkişaf sürəti kimi yüksəkdir. Əgər uşaqlar bu yaşlarda balanslı və yetərli qidalanmazsalarsa və böyümənin sürətlə inkişaf etdiyi yuxu dönəmində oyaq qalarlarsa, enerji itirmiş olurlar, bu da övladınızın inkişafının zəifləməsinə gətirib çıxarar.

    Düzgün və sağlam qidalanma uşağın fiziki inkişafına müsbət təsir göstərən amillərdən ən başlıcasıdır. İlk növbədə övladınızın qida rasionunda bol vitamin, çoxçeşidli, kalorili, mikroelementlər və mineral maddələrin olmasına diqqət yetirmək lazımdır. Səhər yeməyi uşaqların sağlamlığı üçün son dərəcə əhəmiyyətlidir. Övladınıza həddən artıq yağlı yeməklər verməyin. Bu, onların səhhətinə ziyan ola bilər. Çətin həzm olunan yağlardan (qoyun, mal, donuz piyi) uzaq olmaq məsləhətdir. Bu yeməklər uşaqları kökəltsə də, sağlamlıq cəhətdən təhlükəlidir. Övladınızın qıda rasionunda meyvə və tərəvəzin mümkün qədər çox olmasına çalışın. Tərkibində şəkər olan içkilərin, şokoladların, şirniyyatların, çox istifadəsindən imtina edin.

    Sağlam yuxu - Uşaqların fiziki inkişafında böyük rol oyanayan yuxusuna xüsusi diqqət ayırmaq lazımdır. Çünki, övladınız yuxuda əsasən daha aktiv boy atır. Uşağın yatdığı otağın təmiz olmasına önəm verin. Otağın havası tez-tez , xüsusilə yuxuqabağı dəyişdirilməlidir.

    Bütün bunlarla yanaşı uşağın inkişafında, sağlam böyüməsində evdəki abu- hava, ana və ataların onlara vaxt ayırması, eyni zamanda valideynlerin bir-birlərinə olan münasibəti, övladlarına nəvaziş, qayğı göstərməsi çox əhəmiyyətli rol oynayır. Övladınız ilə keçirdiyiniz vaxt onun özünə inamı artırır, çünki ona vaxt ayırmanız ona verdiyiniz dəyəri göstərir. Onlara göstərəcəyiniz sevgi uşaqda özünə əminlik yaradır, həyata daha müsbət yöndən yanaşmalarına, daha az zərər verici davranışlar icra etmələrinə, insanlara qarşı daha sevgi dolu olmaqlarına, yoldaşları ilə rəftarda daha mehriban olmalarına səbəb olur.

    Hal-hazırda valideynləri ən çox narahat edən mövzulardan biri, övladlarının televiziya və kompüter başında keçirdikləri vaxtdır. Gün boyu televiziya ya da kompüterlə vaxt keçirən uşaqlar insanlarla ünsiyyətdə çətinlik çəkirlər. Saatlarla televiziya izləmək yerinə boyama, nağıl, əl işləri ilə məşğul olan, həftə sonları təbiətdə daha çox vaxt keçirə bilən bir uşaq həm psixoloji həm fiziki inkişafı üçün lazım olan bir çox təməl xüsusiyyət qazanacaqdır.

    Alıntı..
#24.10.2012 08:31 0 0 0