Gözətrafı kremin düzgün istifadə qaydası

Son güncelleme: 24.10.2012 18:34
  • Qadın dünyası - Gözətrafı kremin düzgün istifadə qaydası haqqında

    Göz ətrafındakı dəri insan bədənindəki ən incə dəridir. Buna görə ən həssas və xarici faktorlardan ən asan təsirlənən bölgədir.

    Çox sıx hərəkətdə olduğu üçün göz ətrafında qırışlar çox tez meydana gəlir. Qırışların aradan qaldırılması isə çox çətindir.

    Yaxşı göz ətrafı kreminizi siz necə istifadə edirsiniz? Göz kremi istifadəsiylə əlaqədar 5 səhv :

    1. Hansı yaşdan sonra istifadə etmək olar
    Göz altı kremlərdən 25 yaşdam sonra istifadə etmək daha məsləhətli hesab olunur. Ofisdə işləyən qadınların çoxu daima kompüter qarşısında oturur, boş zamanlarını qəzet oxuyaraq və ya film izləyərək keçirir və.s Bu isə göz ətrafındakı əzələlərin çox yorğun düşməsinə səbəb olar. Bu səbəbdən 25 yaşdan əvvəl də gözaltı qırışlarla rastlaşa bilərsiniz.

    2. Göz kremi yerinə üz kremi istifadə etmək
    Bədənin digər bölgələrindən fərqli olan göz ətrafındakı dəri çox incədir və nazikdir. Göz kremi dəri tərəfindən asanca əmilməli və dəriyə lazımlı qidaları təmin etməlidir. Bu səbəblə göz kremi yerinə yağlı üz kremi istifadə edilməsi göz ətrafındakı dəriyə mənfi təsir göstərir.

    3. Göz kremi qırışların qarşısını alır
    Bir çox insan göz kremini göz ətrafında görülən kiçik qırışları, qabarıqlıq,qara ləkələr və ya göz altı torbaları aradan qaldırmaq üçün istifadə edir. Ancaq göz kremi yalnız göz ətrafındakı dərinin yaşlanmasını gecikdirir; qırışlar, qara ləkələr və ya göz altı torbaları tamamilə yox edə bilməz. Bu səbəblə göz kremini bunlar hələ meydana gəlməzdən əvvəl istifadə etmək lazımdır.

    4. Göz kreminin gözün yalnız kənarında istifadə edilməsi
    Bir çox insan göz kremini gözlərin künclərində qırış əmələ gəldiyi üçün istifadə edir. Ancaq göz qapaqlarının yuxarı və aşağı hissələrini daha tez qırışdığını bilirdinizmi? Bu səbəblə göz qapaqlarında həddindən çox krem istifadə etmək olmaz.

    5. Bütün göz kremləri eynidir
    Göz altıqaraları aradan qaldırmaq üçün xanımlar mağazadan hər hansı bir kremi alır. Lakin dərinin ən həssas bölgəsi üçün ucuz krem almaq düzgün deyil. Hər dərinin öz növünə uyğun kremi var. Odur ki,dəri tipinizə uyğun krem seçin.

    Alıntı..
#24.10.2012 09:03 0 0 0
  • Canımın İçi;

    Paylaşım yapan değerli ellerine sağlıklar olsun.
    Candan ve binlerce teşekkürler
#24.10.2012 17:22 0 0 0
#24.10.2012 18:34 0 0 0