Balıq Kotleti

Son güncelleme: 25.10.2012 23:46
  • Balıq Kotleti terifi ve terkibi - Balıq Kotletinin hazırlanma qaydası

    noimage

    Tərkibi:

    1 kq merluza (xek) balığı
    reyhan
    sarımsaq
    1 limonun şirəsi
    3 yumurta
    0,5 st. suxarı
    duz
    istiot
    küncüt

    sous:
    1 iri soğan
    sarımsaq
    2 yerkökü
    2 qabaq
    4 pomidor
    duz
    1 ç.q. şəkər tozu

    Yuyulub təmizlənmiş, doğranmış balığı, reyhanı, sarımsağı, limon şirəsini, yumurtaları, duz və istiotu blenderdə yapışqanlı qarışıq alınanadək xırdalayın. Yarım saat saxlayın. Sonra isə küftələr tutub küncütə batırın. Daha yarım saat saxlayın (bu müddətdən tez bişirsəniz, kotletlər dağılacaq).

    Soğanı və sarımsağı xırda doğrayın, yağda qovurun, sürtgəcdən keçirilmiş yerkökü və qabağı əlavə edin. Qovrulandan sonra qabığı soyulub xırdalanmış pomidorları, azca su, duz, şəkər tozu əlavə edin. Vam odda yarım saat bişirin. Sonra blenderə töküb xırdalayın.

    Balıq kotletlərini qaynar yağda qızardın. Boşqablara sous tökün, üstündən kotletləri düzün.

    Nuş olsun...
#25.10.2012 23:46 0 0 0