Pasta primavera

Son güncelleme: 25.10.2012 23:50
  • Pasta primavera terifi ve terkibi - Pasta primaveranın hazırlanışı

    noimage

    Tərkibi:

    500 q fettuçini (qalın əriştə)
    1 ədəd gülkələmi
    1 balaca qabaq
    4 ədəd təzə qulançar
    100 q göy noxud konservi
    3 diş sarımsaq
    3 pomidor
    12 reyhan yarpağı
    4 x.q. kərə yağı
    1/4 st. toyuq bulyonu
    1/2 st. yağlı qaymaq
    1/2 st. sırtgəcdən keçirilmiş parmezan pendiri
    duz

    Fettuçini əvəzinə başqa makaron növləri, hətta spagetti də istifadə edə bilərsiniz.

    5 l su qaynadın (100 q əriştə üçün 1 l hesabı). Duzlayın. Bir qabı çox soyuq su ilə doldurun (hətta içinə buz da qoya bilərsiniz). Gülkələmini qaynayan suda 1 dəqiqə qaynadın, qulançarı əlavə edib daha 1 dəqiqə qaynadın. Sonra göy noxudu əlavə edib yarım dəqiqə qaynadın. Tərəvəzləri çıxarıb buzlu suya qoyun. Soyuyan kimi aşsüzənə yığın.
    Əriştəni tərəvəzləri bişirdiyiniz suda bişirə bilərsiniz, əgər istəməsəniz yenidən su qaynadın.

    İri tavada yağı əridin, xırda doğranmış sarımsaq və qabağı əlavə edib 1 dəqiqə qovurun. Xırdalanmış pomidorları əlavə edib qarışdıraraq daha 2 dəqiqə qovurun. Bulyon tökün, qaynara düşəndə bişirilmiş tərəvəzləri əlavə edib ehtiyatla qarışdırın. Ocağı azaldın, qaymaq azca qaynayan kimi parmezan pendirini əlavə edin, qarışdırın. Əgər sous çox qatıdırsa, toyuq bulyonu, su və ya qaymaq əlavə edə bilərsiniz.

    Fettuçinini (makaronu və ya spagettini) elə bişirin ki, sousla eyni vaxtda hazır olsun. Məsələn, pasta kapellini (qalın makaron) 1-2 dəqiqə, spagetti isə 8-12 dəqiqə qaynadılır. Üstəlik, makaron məhsullarını qaynadarkən qazanın ağzını heç vaxt örtməyin. Fettuçinini qablaşdırmanın üstündə göstərilən qaydada bişirin.

    Hazır olan kimi süzün, sousa əlavə edib qarışdırın. Reyhanı doğrayıb üstünə səpin. Dadına baxın, ehtiyac varsa, duz əlavə edin. Qara istiot səpin, boşqablara çəkin.

    Nuş olsun..
#25.10.2012 23:50 0 0 0