Toyuqlu raqu terifi ve terkibi - Toyuqlu raqunun hazırlanma qaydası
Tərkibi:
70 q quyruq (bunun əvəzinə zeytun yağı da götürə bilərsiniz)
2 toyuq budu
6-8 orta boy kartof
1 iri badımcan
1 iri bolqar bibəri
4 orta boy pomidor
3 iri soğan
sarımsaq
qara istiot
1 x.q. quru acika
1 ç.q. şəkər tozu
Soğanı yarımhalqa, bibəri, kartofu, badımcanı balaca kubik, pomidoru nazik halqalara doğrayın. Qazanın dibinə doğranmış quyruğu qoyun (2-3 x.q. zeytun yağı ilə əvəz edə bilərsiniz). Üstünə doğranmış toyuq budunu, bunun üzərinə soğanın 2/3-ni düzün. Duzlayın. Şəkər tozu və acika səpin. Badımcanın 2/3-ni, pomidoru üstündən döşəyin. Qara istiot səpin. Kartofu, üstündən isə badımcanın, sonra soğanın qalanını döşəyin. Üstünə doğranmış bibəri və sarımsağı səpin. (İstəyə görə zirə, göyərti, acı istiot da əlavə edə bilərsiniz).
Qazanın qapağını kip bağlayın.
Qaynayanda ocağı azaldıb 1,5 saat bişirin. Sonra söndürüb yarım saat qapağını açmadan dəmləyin.