Xaş-xaşlı rulet terifi ve terkibi - Xaş-xaşlı ruletin hazırlama qaydası
Tərkibi:
300 q un
20 q yaş maya
250 ml isti süd
4 x.q. şəkər tozu
25 q kərə yağı
1 yumurta
1 çimdik duz
içinə:
200 q üyüdülmüş xaş-xaş
250 ml süd
25 q kərə yatı
3 x.q. şəkər tozu
Unun 1/3-dən barata hazırlayın: un, isti süd, şəkər tozu və mayanı qarışdırıb 15-20 dəqiqə, həcmi 3 dəfə artınca isti yerdə saxlayın.
İçinə ərinmiş kərə yağı, yumurta, duz və unun qalanını əlavə edin. Xəmir yoğurun, üzərini salfetlə örtüb təxminən 1 saat saxlayın.
İç üçün: xaş-xaşın üstünə isti süd töküb 20 dəqiqə şişməsi üçün gözləyin. Sonra onu bir neçə qat cuna çəkilmiş ələkdən süzün. Süd tamamilə süzülməlidir. Xaş-xaşa kərə yağı və şəkər tozu əlavə edin.
Polietilen plyonkanın üzərinə un səpin. Xəmiri üzərinə qoyub 4 mm qalınlıqda yayın. Soyudulmuş xaş-xaşlı içi üzərinə bərabər qaydada yayın. Plyonkanın köməyi ilə xəmiri rulet kimi bükün. Sonra onu spiral, yaxud halqa şəklinə salın. Siniyə qoyub 30 dəqiqə şişməsi üçün saxlayın.
220 dərəcə qızdırılmış sobada tam hazır olanadək bişirin.