Badəler

Son güncelleme: 26.10.2012 00:00
  • Badəler haqqında

    noimage

    Badə, qədəh və fujerlərin masada özlərinə məxsus yeri var. Çünki içkilər müxtəlif olduğu kimi, onların içiləcəyi qablar da müxtəlifdir.

    Şərab üçün badə seçimi

    Dequstasiyada badənin rolu böyükdür. Adətən, içi şərab dolu badəni ayağından tuturlar ki, əlin istisi şərabı qızdırmasın. Badələrin forması tək görünüş üçün deyil, ilk növbədə, rahatlıq üçün fərqli hazırlanır. Rəngli şüşədən olan badələrdən istifadə etmək məsləhət görülmür, ancaq bəzi alman və Elzas şərabları məhz rəngli badələrdə təqdim olunur.

    Tərtəmiz şəffaf şüşə işığı əks etdirərək şərabın rənginin gözəlliyini ortaya qoyur. Badələrin üç əsas forması var:

    * bəyaz şərab üçün
    * qırmızı şərab üçün
    * qazlı şərab üçün

    Birinci qrupa aid badələr həm ağ, həm də qırmızı şərab üçün istifadə oluna bilər. Ancaq qırmızı şərab üçün olan badələrə yalnız qırmızı şərab növlərini süzmək olar.

    Bu əsas üç tipdən əlavə, badələrin müxtəlif formaları da mövcüddür. Üstəlik, bir çox şərab istehsalçıları öz məhsulları üçün xüsusi badələr hazırladırlar. Məsələn, burqund şərabının süzüldüyü burqund bokalının dayağı çox enlidir, üstü isə yuxarı doğru daralan böyük kürəyə bənzəyir.

    Badənin həcmi formasından da asılıdır. Orta həcmi təxminən 350 ml-dir. Kürə formalı badə şərabı sirkulyasiya etdirərək, onun ətrini daha yaxşı duymağa imkan verir (yəni badəni əlinizdə fırladarkən, içindəkinin yerə töküləcəyindən qorxmaya bilərsiniz). Ağzı daralan badələr şərabın ətrinin güclənməsinə xidmət edir.

    Hər içkinin öz qabı

    Mağazada şüşədən, büllurdan, rəngli şüşədən, sadə və şəkilli badə və qədəh dəstləri satılır. Bunları alarkən digər qablara və bir-birlərinə stilə görə uyğunluğuna diqqət etmək lazımdır.

    Büllur və qızılla işlənmişlərdən başqa qalan badələrin hamısını qabyuyan maşında yumaq olar. Büllur və qızılla işlənmiş badələri isə əldə, isti suda, bir qədər yuyucu vasitə əlavə etməklə yuyub, xovsuz dəsmalla qurulamaq lazımdır.

    Konyak badəsi

    noimage

    Brendi, konyak, kalvadosu qarışıqsız halda süfrəyə vermək üçün nəzərdə tutulub. Bu cür içkilər ağzı dar badələrdə verilir ki, içkini əlin istisi ilə qızdırmaq və onun ətrini tam olaraq hiss etmək mümkün olsun.

    Şampan üçün flüte

    noimage

    Şampan, qazlı şərablar və bunlarla hazırlanan kokteyllər üçündür. XIX əsrin sonlarından etibarən şampan şərabı üçün uzun, dar badələrdən, flütedən istifadə edilir, çünki bu forma sayəsində şərabın dibindəki qabarcıqlar tədricən yuxarı doğru qalxır və gözəl görüntü yaradır.

    Qırmızı şərab üçün badə

    noimage

    Bir qədər «qarınlı», qabarıq badələr əsasən qırmızı şərab, xüsusilə də desert şərabları üçün nəzərdə tutulur. Çünki şərab hava ilə nə qədər çox təmasda olursa, onun ətri və dadı daha gözəl duyulur.

    Burqund şərabları üçün badə

    noimage

    Bəyaz şərab üçün badə

    noimage

    Adətən, kiçikhəcmli, bir qədər uzunsov badələrdən istifadə olunur. Çünki qırmızı şərabdan fərqli olaraq, bəyaz şərab daha tez-tez süzülür və içilir, bu səbəbdən onun (əlin istisilə) qızdırılmasına ehtiyac yoxdur.

    Martini qədəhi

    noimage

    Buzsuz, amma soyudulmuş, orta həcmli kokteyllər üçün nəzərdə tutulur. Onun içində təmiz halda və buzla heç bir içkini (o cümlədən martini vermutunu) vermək olmaz.

    Likör qədəhi

    noimage

    Likörü qarışıqsız halda süfrəyə vermək üçündür.

    Hayboll (tumbler)

    noimage

    İrihəcmli və alkoqolsuz içkilər - şirələr, qazlı içkilər üçün nəzərdə tutulur.

    Old feşn (viski stəkanı)

    noimage

    Qarışıqsız alkoqollu içkilərin, buz parçaları ilə təmiz alkoqollu içkilərin, həmçinin ənənəvi təmiz (qarışıqsız) viskinin və viski əsasında kokteyllərin verilməsi üçündür.

    Qədəh (şot, cigger)

    noimage

    Buzsuz, qarışıqsız alkoqollu içkilər, bir udumda içilən kiçikhəcmli kokteyllər üçündür. Cigger kokteylləri qarışdırmaq üçün yarayır, üzərində, menzurka kimi, bölgüləri var. Ondan daha çox barmenlər istifadə edirlər.

    Pivə bokalı və krujkası

    noimage

    Həm pivə, həm də pivədən hazırlanan kokteyllər üçündür.

    Süfrəyə necə düzməli?

    Badələri süfrəyə içkilərin verilmə ardıcıllığına görə, əsasən sağ tərəfdə düzürlər. Birinci içki üçün olan badə boşqaba ən yaxın, digərləri isə ondan sonra düzülür. Məsələn, birinci şampan içiləcəksə, boşqabın yanında flüte, sonra bəyaz şərab üçün badə, sonra isə qırmızı şərab üçün badə qoyun. Hətta bunları üçbucaqlı şəklində də düzə bilərsiniz.

    Əgər süfrəyə yalnız pivə və ya su vermək niyyətindəsinizsə, o zaman haybolu boşqabın yuxarı başında ortada, yaxud sağında, boşqabla birinci bıçağın kəsişmə xəttində yerləşdirin. Daha bir içki - araq, konyak, şərab, yaxud şampan - üçün olan qədəh və badələri həmin badədən sağda yerləşdirin.
    Sudan başqa, iki içki verəcəksinizsə, fujeri boşqabın sol tərəfində, fujerin sağında isə alkoqollu içki üçün olan qədəh və ya badəni yerləşdirin.

    İçkilərin assortimenti çox olan banketlərdə badə və qədəhləri iki sırada düzürlər, çünki bir sırada 3 predmetdən çox qoymaq yaxşı hesab olunmur. Badələr arasında, həmçinin badələrlə boşqab arasında məsafə 0,5-1 sm-dək olmalıdır.

    İstimi, soyuqmu?

    Şərabın dadı onun temperaturundan da çox asılıdr. Qırmızı şərablar bəyaz şərablara nisbətən daha isti içilir. Ancaq onların da öz temperatur “həddi” var:

    Qırmızı burqund şərabları - 13-14 dərəcə C
    Qırmızı bordo və turen şərabları - 15-16 dərəcə C.

    Bəyaz şərab yalnız soyuq verilir:

    Qarışıqsız bəyaz şərab - 10 dərəcə C
    Şirin bəyaz şərab - 5 dərəcə C

    Şampan və digər qazlı şərablar çox soyuq verilir. Bunun üçün belə şərab şüşələrini əvvəlcə soyuducuda, süfrədə isə içinə buz doldurulmuş vedrələrdə saxlamaq olar.

    Alıntı..
#26.10.2012 00:00 0 0 0
  • Badəler Konusuna Benzer Konular
  • Böyle bir şey olamaz.! Hiç alakalı konu bulamadık.
  • Plastik Gıda Ambalajı 26.10.2012 00:00