Dünya bazarında neftin qiyməti ucuzlaşıb. Lent.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, qiymət ABŞ Energetika Nazirliyinin “qara qızıl” ehtiyatı ilə bağlı açıqladığı informasiya fonunda düşüb.
Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neftin qiyməti 0,94 dollar enərək 85,73 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 0,4 dollar itirərək 107,85 dollar təşkil edib.