Müğənni Cəmilə: Məni ondan Röya ayırdı - FOTOLENT

Son güncelleme: 29.10.2012 00:08
  • Show Biznes Xeberleri - Mehşurlar

    noimage

    Lent.az-ın yeni layihəsi: “Bir gün onunla”

    Lent.az saytı yeni layihəyə başlayır. “Bir gün onunla” adlanan layihədə tanınmış şəxslərin bir gününü necə keçirməsinin şahidi olacaqsınız. Layihənin ilk qonağı Azərbaycan Dövlət Televiziyasının solisti, eyni zamanda Lider TV-nin dublyaj redaksiyasının əməkdaşı, “Elit Star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərovadır.


    Bu layihəni müğənni Cəmilə ilə başlayanda düşündük ki, müğənnin bir gününü paytaxtımızda elə Bakıda yaşayacağıq. Amma bu belə olmadı. Müğənni məni hər həftənin şənbə günü Quba rayonunda fəaliyyət göstərən “Xəyal” televiziya kanalında canlı yayımlanan “Elit şou” verilişinə qonaq kimi dəvət etdi.


    Məni öz avtomobili ilə Qubaya aparan sənətçi yolboyu müğənni zarafatlarından qalmırdı. Yolda müğənni birdən maşını saxladı, düşüb yolun kənarındakı ağaca çıxdı. Xanım müğənni bu yaşında inanılmaz cəldlik göstərdi, ağacların arasında idman elədi.

    Müğənni mütəmadi olaraq, idmanla məşğul olduğunu söylədi: “Mən karate üzrə Azərbaycan çempionuyam. Mənim etdiyim idman hərəkətlərini heç bir qadın müğənni edə bilməz”.

    Yolboyu maraqlı əhvalatlar danışan müğənni ilə nəhayət, Qubaya çatdıq. Müğənni səhnəyə çıxmazdan əvvəl qrim otağına keçdi, tam hazır olandan sonra canlı yayım başladı. “Elit Şou” adlanan proqramda aparıcılıq edən Cəmilə İsgəndərova mövzunu elan etdi. Mövzu Azərbaycanda şou-biznesin hazırkı vəziyyəti ilə bağlı idi. Proqramın qonaqları və verilişə telefonla qoşulan tamaşaçılar bu barədə fikirlərini bölüşürdülər. Müğənni proqram zamanı qalmaqal doğuracaq açıqlamalar da verdi. Belə ki, bir tamaşaçı telefonda müğənnidən “Cəmilə xanım, bir zamanlar sizin Cavan Zeynallı ilə duetləriniz var idi. Niyə bu duetləriniz davamı olmadı?” deyə soruşdu. Cəmilə İsgəndərovanın bu suala cavabı çox maraqlı oldu: “Mənim Cavan Zeynallı ilə çox yaxşı duetlərim var idi. Gövhər Həsənzadənin bəstəsi olan mahnıları ifa etmişdik. O vaxtlar zamanlar mənim Cavanla duet oxuduğumu eşidən Cavan Zeynallının indiki həyat yoldaşı Röya bizi qısqandı. Bu səbəbdən də gəlib oturdu Cavanın evində. Elə indiyədək də həmin evdə yaşayırlar. Sonradan eşitdim ki, bizim Cavan Zeynallı ilə olan şəkillərimizi də cırıb atıb. Deyə bilərəm ki, məni ondan Röya ayırdı”.

    Müzakirələrdən sonra 2 saatlıq proqram başa çatdı, müğənni məni və “Elit Şou”nun kollektivini nahara dəvət etdi. Yemək bitəndən sonra müğənni ilə birlikdə Bakıya döndük.
    Onun bir günü belə keçdi...

    Yalçın

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage
#29.10.2012 00:08 0 0 0