Ən yaxşı din hekayesin dinle - İbrətamiz hekayəler
O gününü boş yerə xərcləyirdi.. Hər cür işlər edir, belə demək mümkünsə düzənsiz bir həyatı vardı. Hər gün başqa başqa yerlərə gedir, Ama bir dəfə də olsun Allahı zikr etmirdi.. Günlərini beləcə keçirirdi.. Ama bir sabah oyandı qəlbində sanki bir boşluq vardı.. Əslində bu boşluq onda həmişədən vardı ama o bunu hələ indi hiss etmişdi. Nə edirdisə bu boşluğu heç nə doldurmurdu. Nəhayət bir qərar verdi ki, dinə gəlsin.. Amma onun qarşısında bir neçə din vardı. Müsəlman olsunmu..? yox..! axı müsəlmanların çoxu teroristdir. Ən azından onlara söylənilən bu idi. Beləliklə xristian olur, yəhudi olur və.s dinlərə müraciət etsə də bu boşluğu dolmur ki, dolmur.. Bəlkə Müsəlman olsun.? Ən azından bir az Quran oxusun, sonra olub olmayacağına qərar verər.. Adam başlayır Quran oxumağa.. Deyəsən boşluq dolmağa başlayır.. Günlər keçir və nəhayət İslam dininə gəlməyi qərar verir.. Çünki Quran oxuduqca onun qəlbindəki sıxıntı ardan gedir, və qəlbindəki boşluğu dolurdu. Adam bir gün özünə gözəl bir ortam düzəldir və Allaha dua etməyə başlayır: Allahım nə olar bir dəfə varlğını mənə sübüt elə.- Ama zaman keçsədə heç bir şey baş vermir.. Yenə dua etmeye Başlayır: Allahım Sənin varlığına şübhə etmirəm amma nə olar bircə dəfə Öz varlığını mənə bir şeylərlə sübüt elə..-- Yenə də zaman keçir amma adamın gözlədiyi möcüzə baş vermir. Adam çox məyus olur və Quranı açır.. Quranı açınca qarşısına çıxan ilk ayəni oxumağa başlayır: ALLAH buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani (ilahi) kitabı olmadan Allah barəsində mübahisə edər. (Loğman 31:20) Bu isə Allahın varlığını sübüt etmirmi?? Adam etdiyi əməldən peşman olur və Allahın varlığına tam əmin olur.
Əzizlərim bu hadisə olmuş bir hadisədir.. Sizlərədə duz yola gəlməyinizi arzu edirəm.. Qəlblərdə daim bir boşluq vardır. hansıki o qəlbdə Allah yoxdur.. Quranında buyurduğu kimi: Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatliq tapar! (Rəd surəsi, 28).. Siz də Allahı zikr edin ki, qəlbiniz rahatlıq tapsın.