Azərbaycanın “Eurovision” təmsilçisi Araş Moskvanın mərkəzində qəzaya düşüb.
Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, “Honda” markalı qara rəngli avtomobil arxadan müğənninin olduğu BMW markalı avtomobillə çırpılıb və dayanmadan hadisə yerindən uzaqlaşıb.
Qeyd edək ki, İsveçdə yaşayan Araş Rusiyaya qastrola gəlib. Noyabrın əvvəlində müğənninin Rusiyanın bir sıra şəhərlərində konserti nəzərdə tutulub. Araş deyib ki, rusiyalı sürücülərin davranışından şoka düşüb: “Rusiyada sürücülər bir-birlərinə hörmət etmir, bir-birlərinə yol vermirlər. İsveçdə belə hal yoxdur. Maraqlıdır, bu insanlar nə fikirləşirlər? Onlar şikəst edə biləcəkləri insanların həyatları barədə fikirləşmirlərmi?”
Xatırladaq ki, əslən azərbaycanlı olan Araş Labaf 2009-cu ildə müğənni Aysel Əlizadə ilə bir yerdə Azərbaycanı “Eurovision” Mahnı Müsabiqəsində təmsil edib.