Uca ALLAH deyib:
«Səndən saat (qiyamət günü) haqqında soruşsalar ki, nə vaxt qopacaq? De: «O ancaq RƏBBimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı ALLAHdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerə bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!» Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: «O ancaq ALLAH dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!»
(əl-Əraf, 187).
Uca ALLAH, həmçinin deyib:
«Səndən saatın (qiyamətin) nə vaxt qopacağı barəsində soruşsalar. Sən onu nə bilirsən?! Onu sona qədər (bütün təfərrüatı ilə) bilmək ancaq sənin RƏBBinə məxsusdur»
(ən-Naziat, 42-44).
Cabir ibn Abdullah rəvəyət edir ki, Peyğəmbər 9sav) ölümünə bir ay qalmış belə deyib: «Siz məndən qiyamət saatının nə vaxt qopacağını soruşursunuz? Bunu yalnız ALLAH bilir! ALLAHa and olsun ki, yüz ildən sonra bu dünyada yaşayanların heç biri sağ qalmayacaq».