Marinə edilmiş gavalı terifi ve terkibi - Marinə edilmiş gavalının haırlanma qaydası
Tərkibi:
2,5 kq gavalı
250 ml su
700 q şəkər tozu
4 dəfnə yarpağı
5-6 ədəd mixək
1 budaq darçın (yaxud 0,5 x.q. darçın tozu)
4-5 ədəd ağ dənəvər istiot
1 x.q. qara üyüdülmüş istiot
1/3 st. 9%-li sirkə
Gavalılar bərk olmalıdır. Tərtəmiz yuyun. Saplaqlarını təmizləyin. Bir ləyənə yığın.
Marinad üçün: qazana şəkər tozunu, ədviyyatı, suyu və sirkəni əlavə edin. Qaynadın. Sonra gavalının üstünə tökün.
Tam soyuyanacan saxlayın (axşamdan hazırlayıb səhərə də saxlaya bilərsiniz). Soyuyandan sonra içində gavalı olan ləyəni ocağın üstünə qoyun. Qaynara düşəndə kəfini yığın. Ocaqdan götürün. Soyuyandan sonra gavalını marinaddan çıxarıb başqa qaba yığın. Marinadı yenidən qaynadıb gavalının üstünə tökün.
Dadına baxın, əgər acısı azdırsa, bir acı istiotun yarısını əlavə edə bilərsiniz. Soyuyandan sonra marinadı yenə gavalıdan ayırıb qaynadın, yenidən gavalının üstünə tökün. Tam soyuduqdan sonra sonuncu dəfə birlikdə qaynadın - qaynara düşən kimi ocaqdan götürün.
Sterilizə edilmiş bankalara yığın. Ağzını metal qapaqlarla bağlayın. Bankaları tərs çevirib ədyala bükün. Soyuyandan sonra çevirin, soyuq yerdə saxlayın.