İnsanların yaddaşlarını real olaraq itirdikləri yaş 57-dir, lakin bu proses 30 yaşdan etibarən başlayır.
Britaniyanın populyar İnternet saytlarından biri sorğu keçirib. Sorğudan iştirak edənlərin 10%-i bildirib ki, 40 yaşdan sonra yaddaşlarını itirməyə başlayıblar. 6% isə iddia edir ki, 30 yaşdan yaddaşlarını tədricən itirməyə başlayıblar.
Sorğu nəticəsində o da məlum olub ki, 50 yaşından yuxarı insanlar yaddaşlarının itəcəyindən qorxurlar.