Böyük ləzzətlə yediyimiz xörəklərin dəhşətli fəsadları
Qırmızı ətdən hazırlanan kolbasa və sosiskaların tərkibində olan "nitrit" xərçəngə səbəb olur.Gündəlik qida rasionumuzda digər qidalardan fərqli olaraq, ət yeməkləri daha çoxluq təşkil edir. Azərbaycan mətbəxinə nəzər saldıqda, əksər xörəklərimizdə ət olduğunu görmək olar. Amma hər şeyin çoxu zərər verdiyi kimi, ət xörəklərinin də zərərləri var.
Qırmızı əti çox yeyən insanlarda ürək və qalın bağırsaq xəstəliklərinə rast gəlinir. "Qırmızı ətdə olan doymuş yağlar xolesterolu artırdığı üçün bu da öz növbəsində damar sərtliyinə səbəb olur. Ət qızğın atəşdə və kömürdə bişirilən zaman tərkibində olan zülallar xərçəng riskini artırır. Bundan əlavə, qırmızı ətdən hazırlanan kolbasa və sosiskaların tərkibində olan "nitrit" də xərçəng yaranmasına səbəb olur. Amma bu o demək deyil ki, qırmızı ətdən imtina etmək lazımdır", həftədə iki dəfə qırmızı ət yemək insan orqanizmi üçün xeyirlidir. Ancaq ət yeyərkən yağlardan təmizlənib qaynadılaraq və ya sobada bişirilərək yeyilməlidir.
Qırmızı ətdən xolesterola görə imtina edən şəxslərdə dəmir çatışmazlığı və qan azlığı müşahidə edilir: "Ət yeməklərinin yanında plov, qızardılmış kartof yeyilməməlidir. Ürəyiniz kabab istədikdə ətin yağları təmizləndikdən sonra bişirilməlidir. Bişirilərkən çox qızardılmış və yandırılmış ət də insan orqanizmi üçün zərərlidir. Bişmiş ətin üzərinə kərə yağı əlavə etmək isə xolesterolu qaldırır".
Bədənimizdə sintez edilməyən qidalar heyvanlardan qaynaqlandığından, sağlamlığa ciddi şəkildə zərər vurur. normal insan gün ərzində çəkisinin hər kilosuna 1 qram zülal qəbul etməlidir. Bədənimiz qəbul etdiyimiz ətdəki zülalın 80-90 faizini qəbul edə bilir: "Ətin tərkibində dəmir olduğu üçün ətin qəbulu da önəmlidir. Dəmir çatışmazlığı zamanı halsızlıq, yuxululuq, baş gicəllənməsi, ürək bulanması, qan azlığı yaranır. Təəssüflə qeyd etməliyəm ki, ölkəmizdə xüsusilə qadınlar və uşaqlar arasında hər iki adamdan birində dəmir çatışmazlığı yaşanır. Bu səbəbdən də qidamızda ən yüksək yerdə də ət olmalıdır".
Yetkin bir insanın gündəlik 10-18 mg qədər dəmir ehtiyacı var. Qida rasionumuzda qırmızı ətin olmadığı təqdirdə, bu ehtiyacı qarşılaya bilmək olduqca çətindir. Ətin tərkibində B12 vitamini, sink, maqnezium, fosfor kimi minerallar var: "Sağlam bir qidalanmada qırmızı ətə yer ayırmaq çox əhəmiyyətlidir. Belə ki, həftədə 2-3 dəfə 200-300 qr-a qədər ət yeyilməlidir. Gündəlik qidalanmaya gəlincə, ət qadınlar üçün 100-120 qr, kişilər üçün isə 120-150 qr olmalıdır".
Alınan ət parlaq qırmızı rəngdə olmalıdır. Hazır qiymə alarkən isə əti həmin an çəkdirməyiniz məsləhət görülür. Çünki qiymə halında olan ət bakteriyalarla tez təmasa girir və bu da sağlamlıq üçün çox zərərlidir. Sağlamlığa zərər vurmaması üçün ətlər ya sobada, ya da qaynadılaraq istifadə edilməlidir. Qızarma ət yemək istədiyiniz təqdirdə ətin bişirildiyi yerə diqqət vermək lazımdır: "Ətlə atəş arasında 15 sm məsafə olmalıdır. Əks təqdirdə, ət yana bilər və bu zaman xərçəngə səbəb ola bilən maddələr yaranar. Ət yeyərkən mütləq 1 stəkan meyvə şirəsi də qəbul edilməlidir".
Təzyiq və xolesterol problemi olan insanlar həftədə iki dəfə ət yeyə bilərlər. Normadan çox ət yemək xolesterol səviyyəsinin artmasına səbəb olur.
Ət alarkən, onun xarici görünüşünə və iyinə diqqət yetirmək lazımdır. Köhnə ətin tərkibindəki piyin miqdarı az və tünd rəngli olur. Bəzən rəngi və görünüşü yaxşı olan ətin pis iyi olur. Belə qoxu ətin istifadə müddəti bitdikdə və ya o düzgün saxlanmadıqda yaranır.
Təzə ət özünəxas spesifik iyə malik, rəngi açıq çəhrayıdan tünd qırmızıya qədər olur. Kəsdikdə ət sıx, elastik olmaqla, barmaqla basıldıqda əmələ gələn çökək tez düzəlməlidir.
Təzəliyi şübhə doğuran və ya xarab olmuş əti almayın. Solğun, yapışqan, təzə ətə xas olmayan iyi olan ətdən istifadə etmək məsləhət görülmür. Sağlamlığınızı qorumaq üçün ətdən qədərində istifadə etməyiniz məsləhətdir.