Təbii və Cazibədar Makiyajın Sirrləri

Son güncelleme: 07.11.2012 08:07
  • Təbii və cazibədar makiyajın sirrləri haqqında

    Məsləhətlərimizi bir neçə dəfə təkrar etdiyinizdə əliniz alışacaq və dərhal makiyajınızı tamamlayacaqsınız.

    Makiyaj vəsaitlərinin asanca tətbiq olunması, üzünüzün hamar görünüş qazanması üçün ilk əməliyyat dəri təmizliyidir. Dəri növünüzə uyğun bir məhsulla dərinizi təmizləyib qurumasını gözləyin.

    Təmizlənmiş dərinizə, makiyajın qalıcı olmasını təmin edərkən dəri sağlamlığını da qoruyacaq, dərinizə uyğun nəmləndirici krem vurun. Kremin dəriyə hopmasını gözləyin.

    Dərinizdəki qüsurları gizlətmək, rəng fərqliliklərini bağlamaq üçün üz və boyun bölgənizə kirşan vurun.

    Kirşan seçərkən dəri rənginizdən bir ton açıq ya da bir ton tünd olmasına diqqət yetirin.
    Kirşanı gözaltına, burun ətrafına və çənə xəttinə diqqətlə vurun. Makiyajınızın qalıcı olmasını təmin etmək üçün göz qapaqlarınıza da kirşan tətbiq edin.

    Göz ətrafı makiyajı edərkən məqsədiniz gözlərinizi olduğundan daha böyük göstərməksə qara, boz ya da qəhvəyi tonlarında göz qələmini, göz qapağınızda kirpik xəttinin dərhal üstünə qalın bir xətt halında çəkin. Gözlərinizi olduğundan kiçik göstərmək istəyirsinizsə, yalnız gözlərinizin alt hissəsinə, kirpik xəttindən içəri doğru incə bir xətt halında vurun.

    Göz qələminin təbii və sadə görünməsi üçün kiçik fırçayla üzərində bir neçə dəfə dolandırın.
    Nəticədə gözlərinizin təbii və sadə görünməsini də təmin etmiş olacaqsınız.

    Göz makiyajının son addımını kirpiklərin tuşla tamamlanmasıdır. Kirpik diblərindən başlayaraq diqqətlə kirpik üçün tuş tətbiq edin. Kirpik üçün tuş fırçasının təmiz olmasına diqqət yetirin. Kirpik uclarında yığılan kirpik üçün tuşu təmizləmək üçün təmiz,quru bir diş fırçasından istifadə edə bilərsiniz.

    Almacıq sümükləri, burun və alınınıza çəhrayı tonlarında ənlik tətbiq edin.

    Dodaq fırçasının köməyiylə yanağınıza eyni tonlarda kürə formalı ənlik tətbiq edin.
    Yanaqlarınızla eyni tonlarda dodaq boyası istifadə etmək makiyajınıza təbiilik bəxş edəcək.
    Əgər dodaqlarınızı vurğulamaq istəyirsinizsə, qırmızı, və açıq rənglərdən istifadə edə bilərsiniz.

    Alıntı..
#07.11.2012 08:07 0 0 0