Kakaolu paxlava terifi ve terkibi - Kakaolu paxlavanın hazırlanması
Tərkibi:
3 ədəd yumurta
3 xörək qaşığı qatıq
3 xörək qaşığı duru yağ
3 xörək qaşığı kakao
Apardığı qədər un
1 stəkan nişasta
Əlavə 1 stəkan kakao
250 qram marqarin
250 qram kərə yağı
İçi üçün:
300 qram iri doğranmış qoz
1 stəkan damla şokolad
Şərbəti üçün:
4 su stəkanı su, 4 su stəkanı şəkər tozu, yarım ədəd limonun suyu
Hazırlanması:
Xəmiri hazırlamaq üçün, yumurta, qatıq, duru yağ və kakaonu bir qaba qoyub qarışdırın. Üzərinə az-az un əlavə edərək yumşaq bir xəmir əldə edənə qədər yoğurun. Xəmiri yarım saat dinləndirin. Daha sonra xəmiri 15 kündəyə ayırın. 1 su stəkanı nişasta və 1 su stəkanı kakaonu ələyin. Bu qarışıqdan səpərək hər kündəni soba listindən daha böyük açın. Listi yağlayın. Marqarin və kərə yağını əridin. Qoz və damla şokoladı qarışdırın. Açdığınız kündələrdən 3 dənəsini kənara ayırın. Qalan kündələri dördə bölün. Iki qat olaraq listə sərin. Üzərinə yağ gəzdirin. Dörd qatdan sonra şokoladlı qozlu ic səpin. Kəsdiyiniz kündələr bitənə qədər, hər iki qatda bir yağ gəzdirib, dörd qatdan bir də qozlu qarışıqdan səpin. Ən üstə bütün buraxdığınız üç ədəd xəmiri yerləşdirin. Qalan yağı üzərinə gəzdirin. Daha sonra paxlavanı arzunuza görə dilimləyin. 180 °C sobada üzəri qızarana qədər bişirin. Bu vaxt şərbəti üçün, su və şəkər tozu bir qazana töküb ocağa qoyun. Qaynamağa başladıqdan sonra limon suyunu əlavə edin. Bir-iki dəq qaynadıb ocaqdan alın və soyudun. Sobadan aldığınız isti paxlava üzərinə soyuq şərbəti tökün. Ve budur kakaolu paxlavamız hazırdır.