Sızanaqlara Qarşı En Yaxşı Müdafiə

Son güncelleme: 09.11.2012 14:35
  • Qadın ailemi - Sızanaqlara qarşı ən yaxşı müdafiə

    Qızların dəriləri ilə bağlı olan ən böyük problemləri sızanaqlarla bağlıdır. Çox zaman isə bunu həlli yollarını tapmaq çox çətin olur.

    Üzdəki sızanaqlar insanı həmişə narahat edir və ən lazımsız vaxtda peyda olur. Üzdə sızanaqlar müxtəlif səbəblərdən yarana bilər, məsələn çoxlu şirniyyat, şokolad yemək, daxili problemlər və s. Bunun nə qədər xəşagəlməz olduğu hamımıza məlumdur. Ancaq bununla mübarizə aparmaq mümkünsüz deyil. Bu problemdən köklü şəkildə canınızı qurtarmaq istəyirsinizsə, onda məsləhət budur həkimə yaxud kosmetoloqa müraciət edəsiniz. Amma üzünüzdə sızanaqlar nadir hallarda yaranırsa, onda onunla mübarizə aparmaq ev şəraitində də mümkündür. Ən əsası bir neçə məsləhətlərə qulaq asmaqla və məsləhət gördüyümüz reseptdən istifadə etsəniz istədiyiniz nəticəyə gələ bilərsiniz. Əvvəlcə ondan başlayaq ki, əlinizi üzünüzə çalışın mümkün qədər az vurun, üzünüzdə yaranan sızanaqlara toxunmayın verəcəyim resept onu hətta 2-3 istifadəyə yoxa çıxarır.

    Onu hazırlamaq çox asandır, bunun üçün bizə aşağıdakılar lazımdır:

    Rezorsin spirti 40 ml – 3 ədəd
    streptosid - 5 ədəd
    levomisitin - 5 ədəd

    Göstərilən dərmanlar bütün apteklərdə həkim məsləhəti olmadan satılır. Bu dərmanların dəriniz üçün heç bir ziyanlı təsiri yoxdur. Streptosid ve Levomisitinin hərəsindən 5 ədəd götürüb qabda yaxşıca əzib toz halına gətiririk, üzərinə rezorsin spirti tökürük. Qeyd etdiyimiz kimi 40 ml-lik şüşədən 3 ədəd olmaqla ümumilikdə 120-150 ml-ə qədər ola bilər. Hamısını birlikdə qarışdırıb bir müddət saxlamaq lazımdır. Çalışın ki qarışığı ağzı kip qabda saxlayasınız spirt uçub gedə bilər. Bir müddətdən sonra ondan istifadə edə bilərsiniz. Xatırladım ki, həmin qarışığı ancaq sızanağın üstünə vurmalısınız. Məsləhət görülür ki, axşam yatmamışdan qabaq pambıqla üzünüzə çəkəsiniz. Artıq səhər onun effektini öz üznüzdə görəcəksiniz. Bu sınanmış bir reseptdir və hər zaman istifadə edə bilərsiniz. Gözəl və qüsursuz olmaq öz əlimizdədir çalışaq gözəl görünək, Əziz Xanımlar…

    Alıntı..
#09.11.2012 14:35 0 0 0