Qat-qat Bulkalar

Son güncelleme: 09.11.2012 15:52
  • Qat-qat Bulkalar terifi ve terkibi - Qat-qat Bulkaların hazırlanması

    noimage

    Tərkibi:

    250 ml (1 st.) süd
    500 q un
    100 q bitki yağı
    1,5 ç.q. quru maya
    2 x.q. şəkər tozu
    1 ç.q. duz
    10 q vanilli şəkər
    50 q kərə yağı
    pendir
    cem

    Mayanı isti süddə əridin, şəkər tozu və duz əlavə edin. Bitki yağı, ələnmiş un töküb xəmir yoğurun. Gəlməsi üçün isti yerə qoyun. Hazır xəmir elastik və yapışmayan olmalıdır.

    Gəlmiş xəmiri 8 yerə bölün, hər birini kolbasa formasına salın. Üstünü örtüb 15-20 dəqiqə saxlayın.

    Hər bir "kolbasa"nı düzbucaqlı formasında yayın. Hər birinin üstünə kərə yağı çəkib üst-üstə yığın.

    Sonra bu üst-üstə yığdığınız xəmiri də düzbucaqlı formada yayın. 5-7 sm enində şəridlərə bölün. Hər şəridin içinə iç qoyun - pendir və ya cem (istəyə görə). Bükün.

    Bulkaların üstünə yumurta sarısı çəkin, küncüt, yaxud xaş-xaş səpin. 30-40 dəqiqə saxlayın ki, şişsin, sonra 180-200 dərəcə qızdırılmış sobada üstü qızarınca bişirin.

    Nuş olsun...
#09.11.2012 15:52 0 0 0