Kivi Dərini Daha Gözəl və Parlaq Edir

Son güncelleme: 09.11.2012 16:05
  • Maskalar - Kivi dərini daha gözəl və parlaq edir - Kivi ilə dəri gözəlliyi

    Tropik meyvə olan kivi, dəri baxımında möcüzələr yaradır.

    Kivi xüsusi bir meyvədir. Bütün meyvələrdə olduğu kimi onun da içində turşular və bir çoxundan daha artık vitamin C var. Kivinin başqa xüsusiyyəti də yaxşı həzm olmasıdır. Ümumiyyətlə meyvələri ac qarnına yedikdə orqanizmə daha yaxşı sorulur. Həmçinin qidalandığınız hər meyvədən üzünüzə çəksəniz tərkibindəki turşular dərinizi yeniləyər: Meyvə turşuları dərinizin səthindəki ölü dəri təbəqəsini yüngülcə soyar. Yəni "peeling" edər. Beləcə dərinin rəngi canlanar, elastikliyi artar, yumşalar və yüngül ləkələr, qara nöqtələr azalar.

    Meyvə turşularında mikrob törəməsi çətindir. Bunların anti bakteriyal xüsusiyyəti vardır. Bu sızanaqlara da çox effektlidir.

    C vitamini baxımından ən zəngin meyvələrdən biri kividir. Kivi B vitamini ilə də zəngin minerallarla doludur. Məsələn kalsium, maqnezium və fosfor kimi. Bunlar da dərimizə çox faydalıdır.

    Kivi maskaları
    Sizin üçün hazırlanması çox sadə olan maskalardan bir neçə nümunə verəcəyik. Bu maskalar əsasında möcüzə kivi kremləri də edilə bilər amma onlar bir az daha çox vəsait və diqqət tələb edir. Aşağıdakı üsulları isə asanca tətbiq edə bilərsiniz. Sonra üzünüzü ilıq və soyuq suyla isaldıb, yumşaq bir dəsmalla ovalamadan qurulayın. Sonra nəmləndiricinizi çəkin.

    Dilimlənmiş kivi halqaları
    Çox yetişməmiş kivinin qabıqlarını bir pərdə kimi soyun, sonra iti bir bıçaqla, mümkün olduğu qədər incə dilimlərə ayırın. Sonra rahatca uzanıb, bu halqaları yüzünüzə yerləşdirin. Dəri tipinizə uyğun olaraq 5-15 dəqiqəyə qədər saxlayın.

    Kivi suyu ilə kompress
    Kivini əzin ya blenderdən keçirin maye halanı salın. Sonra steril bir sarğı bezini hazırladığınız kivi suyuna batıraraq, üzünüzə kompres edin. Bu əməliyyatı 10 dəqiqə davam etdirə bilərsiniz.

    Kivi suyu + gil
    Kivi suyuna bir miqdar gil əlavə edib, təmiz və kiçik bir taxta qaşıqla krem halına salın. Bu qarışığı maska şəklində üzünüzə çəkin. Kürək üstü uzanıb və ya kresloya söykənib 10 dəqiqə saxlayın. Bu maska xüsusilə yağlı və sızanaqlı dəri üçün çox faydalıdır.

    Hər dəri xüsusidir
    Hər dərinin özünə xas xüsusiyyətləri vardır. Məsələn vitamin və mineralları əmə bilmə tutumu eyni deyil. Qalın və yağlı dərilərdə əmilmə daha çətindir və ölü təbəqələr daha çoxdur. Bu səbəblə daha güclü məhsullara ehtiyac duyulur, yaş da əhəmiyyətlidir. Zamanla dərinin əmmə gücü azalar. Bu səbəbdən ya daha güclü məhsullar seçmək ya da istifadə etmə sıxlığını artırmaq lazımdır.

    Qalın və yağlı dəri
    Dəriniz qalın və yağlıdırsa, kivi maskaları sizin üçün idealdır. Dərinizdəki məsamələri sıxışdırar və yağlamanı tarazlaşdırar. Mümkünsə, yetkinləşməmiş kivi istifadə etməyə çalışın. Həftədə iki dəfə 15 dəqiqəlik maska tətbiq edə bilərsiniz. Əgər sızanaqlarınız varsa, gilli maskanı seçin.

    Yağlı və incə dərilər
    Kivi maskası bu tip dəri üçün çox uyğundur. İncə dərilər tez sallana bilər. Bol miqdarda C vitamini sayəsində dəri dartılar. Həftədə 2 dəfə 5 dəqiqəlik maskalar sizin üçün kifayətdir.

    İncə və quru dəri
    Ən həssas dəri tipidir. Diqqət və baxıma ehtiyacı çoxdur. Kivinin xüsusilə qabıq qisimindəki C vitamini bu tip dərilərin yenilənməsinə köməkçi olur. Həftədə iki dəfə tətbiq edə bilərsiniz. Maskanı 5 dəqiqədən çox tutmayın.

    Normal dəri
    Kivi maskası bu tip dəriləri daha da aydınlaşdırar və rəngini açar. Dəri üçün təklif edəcəyimiz maska müddət, həftədə 2 dəfə, 10 dəqiqədir.

    Alıntı..
#09.11.2012 16:05 0 0 0