Tarixde Bugün - 17 Noyabr

Son güncelleme: 18.11.2012 20:56
  • Tarixde Bugün - 17 Noyabr

    noimage

    17 noyabr. İlin sonuna 45 gün qalır.

    1558. İngilis kraliçası Birinci Yelizaveta taxta çıxıb

    1858. İngilis utopik sosialisti Robert Ouen anadan olub

    1913. Panama kanalı gəmilər üçün açılıb

    1918. İngilis qoşunu Ənzəlidən Bakıya daxil olub

    1922. Sibir SSRİ-nin tərkibinə qatıldı

    1922. Sonuncu Osmanlı padşahı 6-cı Mehmet İstanbulu tərk edib

    1941. ABŞ-da “Jeep” markalı avtomobillərin istehsalına başlanılıb

    1960. Moskvada “Xalqlar Dostluğu Universiteti” təsis edilib

    1985. Kolumbiyada palçıq vulkanının püskürməsi 22 000 insanın həyatına son qoyub

    1987. Qaragöl Dövlət Təbiət Qoruğu yaradılıb. Qoruq hazırda erməni işğalı altındadır

    1988. Bakıda SSRİ rəhbərliyinin Qarabağ siyasətinə qarşı mitinqlər başlayıb. Bu tarix 1992-ci ildən etibarən “Milli dirçəliş günü” kimi qeyd edilir

    1988. Benazir Bhutto Pakistanın baş naziri seçilib. Bununla da o, tarixə müsəlman dövlətində ilk baş nazir kimi düşüb

    1989. Praqada polis tələbələrin nümayişini dağıdıb. Bununla da Çexoslovakiyada “məxməri inqilab” başlayıb

    1990. Naxçıvan MSSR parlamentinin sessiyasında muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılıb, Azərbaycan Demokratik Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilib

    1990. SSRİ Ali Soveti M.Qorbaçova hakimiyyəti yenidən təşkil etmək səlahiyyəti verib

    1996. Avropa Şurasının Demokratiya uğrunda Venesiya Komissiyasının iclasında Azərbaycan bu komissiyaya üzv qəbul edilib

    2003. Bir homoseksualistin keşiş təyin edilməsindən sonra Rus pravoslav kilsəsi amerikan kilsəsi ilə əlaqəni kəsib

    2005. Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının İnkişaf Komissiyasının üzvü seçilib

    2006. Antalya şəhərində Türkdilli ölkələrin dövlət başçılarının VIII zirvə görüşü işə başlayıb

    2006. Bakıda Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı işə başlayıb

    2009. Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir

    2011. Qəbələ Beynəlxalq Aeroportu açılıb.
#18.11.2012 20:56 0 0 0