Çex arxeoloqlar Qahirə yaxınlığında qədim Misir şahzadəsi Şert Nebtinin qəbrini tapıblar.
Lent.az-ın “mignews.com” saytına verdiyi məlumata görə, şahzadə xanım “Əbədiyyət evi” formasındakı qəbirdə 4,5 min il əvvəl dəfn olunub.
“Əbədiyyət evi”-lərində yalnız xüsusi şəxslər dəfn olunub. Arxeoloqlar bu rayonda 3 başqa qəbir də tapıblar. Bu qəbirlər qədim Misirdə yüksək vəzifə tutmuş insanlara məxsusdur. Arxeoloqlar bildiriblər ki, həm Şert Nebtinin qəbrində tapılan heykəl, həm də “Əbədiyyət evi”-nin özü qədim Misir incəsənətinin ən yaxşı nümunələri sırasındadır.