Əzadarlıq dövründə qara geyinməyin fəlsəfəsi nədir?
Cavab: Əvvəla, qara geyimdə məxfilik əlaməti var. Digər bir tərəfdən, tarix boyu hakimiyyətdə olan insanlar şəxsiyyətinin ciddi qəbul olunması üçün qara geyimdən istifadə etmişlər.
Dünyanın əksər xalqları isə qara rəngi matəm və qəm-qüssə əlaməti kimi qəbul etmişlər. Qara rəngin əsil fəlsəfəsi isə onun işığa, nura zidd olmasıdır. Qara rəngli libas geyinən əzadar əzası keçirilən şəxsi itirməklə dünya işığından məhrum olduğunu bildirmək istəyir. İslam Peyğəmbərinin vəfatının səkkizinci günü qızı həzrət Zəhra (ə) fəryad qopararaq deyir. “Ey ata! Sənin gedişinlə dünya öz işığını bizdən aldı...”