Hər tərəf Aşuradı, Kərbəladı Ya imam Hüseyn,
Bir canımız var, uğrunda fədadı Ya imam Hüseyn.
Gəldi Məhərrəmlik ayı, gəldi yenə qüssə kədər,
Hardadı Şahi-Kərbəla, hardadı 72 nəfər?
Hüseynə qalxan əllərə, gələydi kaş ki bir xətər,
Unutmaq olmayır böyük bəladı ya imam Hüseyn.
Peyğəmbərin göznün ağı-qarasısan imam Hüseyn,
Bizimçün övliyalar övliyasısan imam Hüseyn,
Nicat gəmisisən, hamının ağasısan, imam Hüseyn.
Haqqı sevənlər sənə aşinadı Ya imam Hüseyn.
Sən evladısan Əlinin, mən sənə yas saxlayıram,
Dərd məni bir təhər edib, yarəmə köz bağlayıram,
Deyə-deyə ya Hüseyn, ağam sızlayıram,ağlayıram,
Bəlkə bu dərdə ağlamaq şəfadı Ya imam Hüseyn.
İmam başın qılınc kəsib Kərbü-bəladan izləri,
Rüqəyyə ağlayırdı, Zeynəbin dolurdu gözləri,
Görəndə qardaşın o cürnə titrəyirdi dizləri,
Bilirdi gözlərində bir xudadı ya imam Hüseyn.
Sən yaşadın əhli-riyalar öldü, sənsə ölmədin.
O bi ədəb, o bi həyalar öldü, sənsə ölmədin.
Səni həlak edən gədalar öldü, sənsə ölmədin,
Şəhidlər ölməzliyə mübtəladı Ya imam Hüseyn.