Sinnabon Bulkaları

Son güncelleme: 24.11.2012 12:13
  • Sinnabon bulkaları terifi ve terkibi - Sinnabon bulkaların hazırlanma qaydası

    noimage

    Tərkibi:

    xəmir:
    3 st. un (1 st.=250 ml hesabı)
    65 q ərinmiş kərə yağı
    1 st. süd
    3 x.q. isti su
    1 iri yumurta
    3 x.q. şəkər tozu
    2 ç.q. quru maya
    1 paket vanilli şəkər
    1 çimdik duz

    iç:
    1 st. şəkər tozu
    4 ç.q. darçın
    50 q yumşaldılmış kərə yağı

    qlazur:
    150 q ərinmiş pendir (məsələn, maskarpone)
    80 q şəkər pudrası
    6 x.q. süd
    2 x.q. təzə sıxılmış limon şirəsi

    Barata üçün mayanı 1 x.q. şəkər tozu, 100 ml isti süd və 1 x.q. un ilə qarışdırın. İsti yerdə 10-15 dəqiqə saxlayın.

    Barata gələndən sonra 1 yumurtanı əlavə edib çəngəllə çalın. Ərinmiş kərə yağı, vanilli şəkər, duz və südlə şəkər tozunun qalanını əlavə edib yaxşıca qarışdırın. Sonra çalmağı dayandırmadan tədricən unu əlavə edin. Kütlə qatılaşanda əlinizlə yoğurmağa başlayın. Xəmir hazır olandan sonra isti yerdə 30-50 dəqiqə saxlayın.

    İç üçün lazım olan bütün ərzağı əlinizlə qarışdırın.

    Gəlmiş xəmiri un səpilmiş masanın üstündə düzbucaqlı formada yayın. Xəmirin bir başında 5 sm yer saxlayıb qalanına içi bərabər yayın. Xəmiri o biri başından rulet kimi bükün. 5 sm saxladığınız yerdə kənarlarını bərkidin. 4 sm enində doğrayın. Siniyə perqament döşəyin, üstünə yağ çəkin. Bulkaları aralarında 3 sm ara saxlamaqla siniyə düzün.

    200 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə bişirin.

    Bulkalar bişənədək qlazur üçün olan ərzaqları mikserlə 2-3 dəqiqə, xama qatılığına qədər çalın.

    Hazır bulkaları sobadan çıxarıb elə qaynar-qaynar qlazuru üstünə tökün.

    Nuş olsun..
#24.11.2012 12:13 0 0 0