Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman, gecə və səhər ayrı-ayrı rayonlarda çiskin olacağı gözlənilir. Havanın temperaturu gecə 3-7, gündüz 10-15, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Noyabrın 28-dən 30-dək ölkə ərazisində hava şəraitinin nisbətən sabit olacağı,
temperaturun ötən günlərə nisbətən 2-4 dərəcə yüksələcəyi gözlənilir.