Tarixdə Bugün - 01 Dekabır

Son güncelleme: 01.12.2012 20:18
  • Tarixdə Bugün - 01 Dekabır

    noimage

    1 dekabr. İlin sonuna 31 gün qalır.

    1402. Əmir Teymur İzmiri mühasirəyə alıb

    1825. Rus çarı I Aleksandr vəfat edib

    1906. Dünyada ilk kinoteatr Parisdə açılıb

    1913. “Ford Motor Company” ilk konveyeri quraşdırıb

    1923. 25 noyabrda başlayan III Ümumazərbaycan sovetlər qurultayı başa satıb

    1928. Türkiyədə latın qrafikalı əlifbanın tətbiqinə başlanıb

    1931. Kanada müstəqillik əldə edib

    1934. S.M. Kirov Peterburqda qətlə yetirilib

    1943. SSRİ, ABŞ və İngiltərə dövlət başçılarının Tehran konfransı başa çatıb. İngilis baş nazir Çörçillin ad günü də (30 noyabr) konfransa təsadüf edib

    1945. Beynəlxalq Demokratik Qadınlar Federasiyası təsis edilib

    1945. Təbrizdə 27 noyabrda başlayan Azərbaycan Milli Məclisinə (Cənubi Azərbaycan) seçkilər başa çatıb

    1959. Antarktidaya dair saziş imzalanıb

    1987. Dünya Səhiyyə Təşkilatı bu tarixi QİÇS-lə mübarizə günü elan edib

    1989. Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-i və Dağlıq Qarabağı birləşdirmək haqqında” əsassız qərar qəbul edib

    1991. Ukrayna müstəqilliyini elan edib

    1991. Nursultan Nazarbayev Qazaxıstanın ilk prezidenti seçilib

    1994. Azərbaycan Respublikası Anqola ilə diplomatik əlaqələr qurub

    2009. Afinada ATƏT-in xarici işlər nazirləri Şurasının 17-ci sessiyası başlayıb. Sessiya çərçivəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovu Ankaraya dəvət edib

    2009. Azərbaycan Xarici işlər Nazirliyi Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim edən “Euronews” kanalına etiraz məktubu göndərib

    2009. İngiltərənin keçmiş baş naziri Toni Bleyr Azərbaycana səfərə gəlib

    2011. Bakı Metropolitenində gediş haqqı 20 qəpiyə qaldırılıb.
#01.12.2012 20:18 0 0 0