Tanınmış müğənni Röya Ayxan bu gün Hollandiyada konsert proqramı ilə çıxış edəcək. Röyanın Avropadakı prodüseri və sözügedən konsertin sponsoru “Sultan Production”un rəhbəri Sultan Mustafayev Lent.az-a açıqlamasında bildirib ki, müğənninin konserti üçün son hazırlıqlar görür. Prodüserin sözlərinə görə, özünün 5 nəfərlik komandası ilə bir neçə gündür ki, Hollandiyada olan Röya Niderland Krallığının Utrext şəhərində konsert verəcək. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq konsert üçün biletlərin qiyməti 40-100 avro arasındadır.
Prodüser bildirib ki, biletlərin 98% satılıb. Konsertin iki hissədən ibarət olacağını deyən Sultan onu da əlavə edib ki, konsert zamanı Röyanı 20 nəfər mühafizəçi qoruyacaq.
Proqram üçün 50 min avro məbləğində pul xərcləndiyini deyən prodüser qeyd edib ki, Röyanın konsertinin ləğv olunması üçün ona yüksək məbləğdə pul təklif olunub: “Müğənnilərdən biri mənə 100 min manat avro pul təklif etdi ki, konsertin keçirilməsini təxirə salım. Bu, Röyanı biabır etmək məqsədi daşıyırdı. Amma mən söz vermişəm ki, son saniyəyə qədər Röyanın yanında olacağam. Sözümün üstündə dururam”.