«Eurovision-2011» musiqi yarışmasının milli seçim turlarındakı çıxışları ilə tanınan müğənni Fəqan Səfərov növbətini klipinin çəkilişlərinə hazırlaşır.
Bu barədə Lent.az-a məlumatı müğənnin yeni prodüseri Təranə Səmədova məlumat verib. Onun sözlərinə görə, klipin rejissorluq işini yerli rejissora həvalə etmək barədə düşünürlər.
“Fəqanın yeni ifa etdiyi sözləri Leyli İsrafilovaya, musiqisi ifaçının özünə aid olan “Mən istəmirəm” adlı mahnısına ekran həyatı verməyi düşünürük. Bu barədə danışıqlar gedir. Bu klipi konkret hansı rejissora həvalə etmək barədə düşünürük. Çox güman ki, bu klipi yerli rejissorlarımıza həvalə edəcəyik”-deyə, prodüser söyləyib.