Müğənni Röya Ayxandan xəbər var. Lent.az-n məlumatına görə, müğənninin türkiyəli həmkarları Mustafa Cecəli və Soner Sarıkabadayı ilə işbirliyi nəticəsində yeni albom ərsəyə gəlib. Bununla bağlı sosial şəbəkələrdə fotolar yayılıb. Müğənni “Göndər” adlı tək mahnılıq sinql albomunu türkiyəli sənətçilərlə birlikdə hazırlayıb. Mahnının sözləri və musiqisi Soner Sarıkabadayıya, akustik versiyası isə Mustafa Ceceliyə məxsusdur. Mahnının remix versiyasını isə Kaan Gökman hazırlayıb.
Qeyd edək ki, fotolarda Röyanın imicini dəyişdiyi müşahidə olunur. Onun Rihannaya bənzəməsi diqqət çəkir.