Blinçikli alma terifi ve terkibi - Blinçikli almanın hazırlanması
Ərzaqlar:
6 alma
50qr şəkər
3 x.q xama
darçın bir çimdik
Blinlər üçün:
250 q un
3 yumurta
Süd 500 ml
1 x.q şəkər
60 qr kərə yağı
4 x.q araq
duz
Hazırlanması:
1. Böyük bir qaba un ələnir. Qarışdıraraq süd tökülür. Canına çəkənə qədər qarışdırılır. Duz, yumurta, şəkər, araq, 30 qram yağ əlavə edilir. 1 saat isti yerdə saxlanılır . Sonra böyük tavada yağ dağ edilir və bir-bir blinlər bişirilir.
2. Alma içi çıxarılıb təmizlənir, doğranılır
3. Bir qazana alma tökülür, su 0,5 stakan əlavə edilir, 10 dəqiqə orta odda bişirilir. Sonra bura şəkər, darçın və qaymaq əlavə olnur və 3-4 dəqiqə qapaqsız yüksək odda bişirilir. Sonra soyudulur.
4. Düzbucaqlı çəklində aralarına hazır içlik yaxılır və qıraqları açıq qalmaqla bükülür. Formada üst-üstə yığılır. Ən üstən bir blin bütöv piroqa bükülür və bir gecəlik soyuducuda saxlanılır. Hazır piqoqu 3 sm eninə kəlib süfrəyə verilir.