Tatlısəs: 50 milyon ziyana düşdüm - Fotolent

Son güncelleme: 03.12.2012 23:08
  • Mehşurlar

    noimage

    "Bu qədər çətinliklərlə yaşayarkən sənət dünyasından bir Allahın qulu qapını açmazmı? Açmadı!"

    Keçən ilin mart ayında başından ağır güllə yarası alan, sol əl və qolu iflic durumuna düşən Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs müsahibə verib.

    Lent.az-ın verdiyi məlumata görə, müğənni "Hürriyet" qəzetinin yazarı Cengiz Semerçioğlu ilə söhbətdə necə deyərlər, açıb sandığı, töküb pambığı.

    İbrahim Tatlısəs vurulduğu andan bu günə qədər yaşadıqlarını dilə gətirib. O deyib ki, güllənin gəldiyi anı xatırlayır: "Avtomobilin içərisində arxaya dönüb, proqramla bağlı İpək xanımla danışırdım. Atəş açılan avtomobili görmədim, yanımızdan keçibmiş. Bir səs eşitdim. Sonra sadəcə, damcılayan qanın səsini xatırlayıram. Başımın içərisində damcılayan bir qandımı, yoxsa çiyniməmi düşürdü, bilmirəm. Başımda o səs getdikcə artırdı. İkinci güllə burnumu sıyıraraq İpək xanımın boğazına saplanır. Zatən avtomobilin içərisində məndən daha çox İpək xanımın qanı axıb. Xəstəxanaya çatanda həkimlər öncə "İpək xanıma müdaxilə edin!" deyirdilər, çünki o, daha çox qan itirmişdi. Sonra ilk xatırladığım həkimlərin "Bizi eşidirsinizsə, reaksiya verin!" sözləridir. Eşidirdim. Ancaq səsim çıxmırdı ki?! O arada qoluma sistem asmaq üçün sarğı bağlamışdılar, mənə çox böyük ağırlıq verirdi. Dişlərimlə qolumdakı sarğını çıxarmaq istəyirdim, heç kim məni başa düşmürdü. Sonda oğlum Əhməd bunu başa düşdü, sarğını çıxardı. Üzərimdən elə bir yük qalxdı ki! Qələm istədim. Kağızda ilk yazdığım söz Mələk olub. Niyə Mələk yazdığımı bilmirəm, yəqin qızım Məleykə Zübeydə ilə bağlı yazmışam...".

    Müğənni vurulduqdan sonra iqtisadi itkilərindən, düşdüyü ziyandan da danışıb: "İndiyə qədər 40-50 milyon ziyana düşmüşəm. Tək tibbi xərclərimdən bəhs etmirəm. Düşünün, hər ay 400-500 min gəlir verən bir dövriyyədən bəhs edirəm. O iqtisadi dövriyyəni bir güllə ilə bıçaq kimi kəsdi, iki ildir ki, o iqtisadi dövriyyə yoxdur. Tibbi xərclərim də az deyil. Almaniyada xəstəxanada bir gün 2 min avroya başa gəlirdi. Bütün bunların fonunda iqtisadi çətinliklərlə üzləşməmək mümkünsüzdür. Çətinliklərin 80 faizini aşdıq, 20 faizi qaldı. Allahın izni ilə 2013-cü ildə həm musiqi, həm də iş həyatında İbo geri dönəcək".

    İbrahim Tatlısəs keçirdiyi ağır günlərdə sənət dünyasının onunla maraqlanmamasından da şikayətlənib: "Bu qədər çətinliklərlə yaşayarkən sənət dünyasından bir Allahın qulu qapını açmazmı? Açmadı! Bir qapını açıb soruşmadı ki, bir şeyə ehtiyacın varmı, dardasanmı. Borc təklif etsələr, almayacaqdım. Ən çətin günümdə belə kimsənin yardımını istəmərəm. Ancaq insan gözləyir. Bir tək Adnan Şənsəs istisna ilə, qalanları vəfasızdır. Adnan Şənsəs mənə zəng etdi, dedi ki, bankda 200 min lirəm var, hamısı sənindir, nə zaman istəsən, götür. Qalanları barədə danışmağa dəyməz".

    Müğənni bir terapiya mərkəzi yaradacağını da bildirib: "Bu mərkəzdə fiziki müalicə aparılacaq, ehtiyacı olanlara pulsuz yardım edəcəyik. Müalicə dövrümdə elə xəstələrlə qarşılaşdım ki?!... Gülhanə Hərbi Tibb Akademiyasında bir qadını gördüm, oğlunun iki ayağı yoxdur. Məni gördü, dedi ki, hər gün sənin üçün dua edirəm. Ağladım! Məni ayağa qaldıran bu insanların sevgisidir. Mən açacağım terapiya mərkəzində o insanlara borcumu ödəyəcəm".

    İbrahim Tatlıses həyat yoldaşı Ayşəgülün hamiləliyin altıncı ayında olduğunu da qeyd edib: "Fevralda uşağımız dünyaya gələcək. Hələ vaxt var, ad taparıq".

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage
#03.12.2012 23:08 0 0 0