Bakı haqqında 10 maraqlı fakt

Son güncelleme: 06.12.2012 13:43
  • Bakı haqqında 10 maraqlı fakt

    15 sentyabr (1918) Bakı şəhərinin vətənimizin paytaxtı elan olunduğu gündür. 1918-ci ildə Bakı işğaldan azad edildikdən sonra Azərbaycanın paytaxtı elan edilib. Belə bir gündə oxucular üçün Bakı haqda 10 maraqlı fakt təqdim edirik.

    Bakı haqqında 10 maraqlı fakt

    1. Sovet fiziki, Nobel mükafatçısı Lev Landau Bakıda anadan olub.

    2. V-VI əsr tarixi mənbələrində Bakının adı “Atəş-i Baquan” adlandırılıb.

    3. Bakıdakı Neft Daşları dünyanda ilk neft platformasıdır.

    4. Fransanın məşhur generalı Şarl de Qoll 1944-cü ilin sonlarında təxminən bir ay Bakıda yaşayıb.

    5. Şirvanşahlar saray kompleksi, İçərişəhər və Qız qalası 2000-ci ildə, Qubustan Milli Parkı isə 2007-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilib.

    6. Dünya şöhrətli, Rusiyanı təmsil edən şahmatçı Harri Kasparov, həmçinin Moskva Metropoliteninin hazırkı başçısı İvan Besedin Bakıda andan olub.

    7. “Wikipedia”da “Bakı” səhifəsi 123 dildə mövcuddur.

    8. Ceyms Bondun məşhur sərgüzəştlərindən biri olan “Dünya kifayət deyil” (The World Is Not Enough) filminin əsas kadrları Neft Daşlarında lentə alınıb.

    9. Bakı dünyada 20 şəhərlə “qardaşlaşmış şəhər” statusuna malikdir. Bunların arasında Türkiyənin İstanbul və İzmir, İranın Təbriz, İtaliyanın Neapol, İraqın Bəsrə, Səudiyyə Ərəbistanının Ciddə, CAR-ın Yohannesburq və Rusiyanın Moskva şəhərləri var.

    10. 2010-cu il sentyabrın 1-də açılışı edilmiş Dövlət bayrağı dirəyi həmin dövr üçün dünyanın ən hündür bayraq dirəyi olaraq “Ginnesin Dünya Rekordları” kitabına düşüb.

    Alıntı..
#06.12.2012 13:43 0 0 0